Kimyagər

Paulo Coelho
Kimyagər – Braziliya yazıçısı Paulo Koelhonun ən məşhur əsərlərindən biridir. O, dünyada milyonlarla insanın sevimli kitabıdır. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. «İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır. .» – bunu Koelho deyir. Artıq kulta çevrilən bu roman öz oxucusunun həyatını dəyişməyə qadir olan bir əsərdir. Oxuculara «Kimyagər» kitabının simvolik olduğunu və bu baxımdan da uydurmaya bir kəlmə də yol verilməyən «Maqın gündəliyi»ndən fərqləndiyini əvvəlcədən deməyi özümə borc bilirəm. Ömrümün on bir ilini əlkimyanı öyrənməyə həsr etmişəm. Magiyada ilk addımını atan hər kəs üçün dəmiri qızıla çevirmək, yaxud Əbədi Həyat İksirini tapmaq çox cəzbedicidir. Allahın varlığını dərk və hiss etməyənə qədər hər şeyin nə vaxtsa həmişəlik olaraq bitəcəyi fikri mənim üçün dözülməz olduğundan, etiraf edim ki, iksir məndə çox güclü təəssürat yaratdı. Ona görə də yer üzündəki ömrümüzü illərlə uzada biləcək hansısa məhlulu yaratmağın mümkünlüyü haqqında eşitdikdən sonra özümü bu iksirin hazırlanmasına həsr etməyi qərara aldım. Bu zaman yetmişinci illərin əvvəli, böyük sosial dəyişikliklər dövrü idi, hələ əlkimya sahəsində ciddi işlər yox idi. Mən bu kitabın qəhrəmanlarından biri kimi, qəpik-quruşumu xarici kitablar almağa, zamanımı isə – onların mürəkkəb simvolik dilini öyrənməyə xərclədim.
Yazar:
Paulo Coelho
Paulo Coelho
Tahmini Okuma Süresi: 6 sa. 7 dk.Sayfa Sayısı: 216Basım Tarihi: 2015İlk Yayın Tarihi: 1988Yayınevi: Qanun Nəşriyyatı
ISBN: 2001090764634Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
24 saatte okudu
Xoşbəxtliyi adi qum dənəsində də tapmaq olar...
İkinci dəfə oxuduğum bir kitab️
Kimyagər
Kimyagər
İlk öncə qeyd edim ki, bəzi oxucular kitabın çox şişirdilmiş olduğunu bildirir. Amma məncə bu düşüncə yanlışdır. Kitab insanın ruhuna , iç dünyasına olduqca gözəl təsir edir. Ən əsas da kefsiz olduğunuz an oxusanız, dediyim ilə razılaşacaqsınız. Roman Santyaqo adlı bir gəncin həyatından, başına gələnlərdən bəhs edir. Santyaqo 2 dəfə eyni yuxunu gördükdən sonra , yuxsunu bir qaraçıya danışır. Yuxunun məğzi isə Misir piramidalarının yanında gizli idi. Gəncimiz daim axtarışda olaraq, bu istəyini həyata keçirməyə başlayır. Beləcə həm yeni insanlar tanıyır, həm yeni məkanlar kəşf edir. Amma ən əsas ~°Öz yolu ilə gedən insanlardan olur. Kimyagərin də dediyi kimi, Santyaqo əlamətləri görməyi öyrənir və beləcə həyatın mənasını dərk edə bilir. Çox spoiler vermək istəmirəm... Oxumagınızı tövsiyyə edirəm.️ <Yer üzündə yașayan hər kəsi öz xəzinəsi gözləyir, qəlbi deyirdi, - lakin biz ürəklər susmağa öyrəşmişik, çünki insanlar öz xəzinələrini tapmaq istəmir>
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
Reklam
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
Arzularını gerçəkləşdir...
Spoil ola bilər... Hər kəsin oxuduğu amma mənim oxumağı ertələdiyim, daha doğrusu vaxt tapıb başlaya bilmədiyim bir kitab idi Kimyagər. Əlimə keçdi və oxumağa başladım, elə maraqlı gəldi ki, artıq yarı etmişdim bir neçə saata. Kənddə qoyun otaran çobanın 2 dəfə gördüyü yuxunun dalınca getməsi və o öz yolundan bütün əngəllərə rəğmən dönməməsi insana kiçik də olsa birşeyi sübut edir. "NƏ OLURSA OLSUN ÖZ YOLUNDAN DÖNMƏMƏLİSƏN!" Əgər arzuların varsa onların arxasınca getməlisən, bu yolda bütün işarələri gözləməlisən...Sənə mane olanları gözardı etməli, hər şərdə bir xeyir var deyib, davam etməlisən. Kitab o qədər müsbət keyfiyyətlər qeyd olunub ki, əlinizə aldığınızda bitirə bilməyəcəyiniz bir kitab olacaq. Hər kəsə tövsiyə edirəm. Xoş mütaliələr♤
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
10/10 puan verdi
Yalnız bir şey həyata keçəcək arzuları imkansız edir - uğursuzluq qorxusu.
Hələ ki iki dəfə oxuduğum yeganə kitab. Kitab çox axıcı və ruhlandırıcı kitab olmaqla yanaşı həm də oxuculara hər şeyin bir vəhdət təşkil etdiyini deyir. Hamının oxumasını məsləhət görürəm amma özəlliklə 25 yaşa kimi gənclərin mütləq oxumalı olduğu kitabdır deyə düşünürəm çünki məqsədlərə gedən yolda insanın əsl yol göstərəni ola bilər.
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
3/10 puan verdi
·
25 saatte okudu
İlk dəfə bu kitabı dayımgilin kitablığında görmüşdüm. Cildi çox itici gəlmişdi. Vərəqləməyə başladım, elə də maraq oyanmadı. Amma şöhrətindən xəbərim var idi, həm də önyarğılı davranmaq istəmirdim. Çünki, hər yerdə tərifləyirdilər. Nə qədər tövsiyə də etmişdilər amma başlamağa heç həvəsim yox idi. Nəhayət müəlliməm tərəfindən olunan son isrardan sonra oxumağa başladım. Və anladım ki, gərək tövsiyə aldığın adamı da ayrıca seçəsən. Ondan bundan alınan tövsiyələrin axırı da belə olar. Zövqlər fərqlidir deyib, üsyanımı yatırmaq istəyirəm amma hansı zövq bu kitabı belə sevə bilər, baş aça bilmirəm. Nə bilim kainat elə gəldi, dünyanın ruhu belə getdi. Özü də arada görürsən mənalı cümlələr çıxır, deyirsən, hə oxumağa dəyər, sonra görürsən ki, o cümlənin də sonunu hansısa fantastik bir şeyə bağlıyır. Adi uşağa desən bir kitab yaz, nağd deyirəm, bu kitabın 1/4 hissəsindəki cəfəngiyyatı o da yazar. Yenə də sonlarda boş olsa da bir həyacan keçirə bildim, onun da sonu mənasız bitdi. Məncə vaxt itkisi olar, çünki nağıl danışırdı.
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
Reklam
216 syf.
6/10 puan verdi
·
6 günde okudu
Salamlar, əziz kitabsevərlər Fevral ayında bitirdiyim ilk kitab uzun müddətdir ki, oxuma siyahımda olan Paulo Coelhonun "Kimyagər" kitabı oldu. Kitab axıcı olduğu üçün qısa müddətə oxuyub bitirmək olur və çox maraqlı alıntılar var. Amma nədənsə kitabı daha maraqlı gözləyirdim, təəssüf ki, gözləntilərimdən daha aşağı oldu. Çox güman ki, kitabı gələcəkdə yenidən oxuyacam. Hər kəsə xoş mütaliələr!
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
184 syf.
10/10 puan verdi
·
Beğendi
Paulo Coelho dedikdə ağlıma gələn ilk əsəri. Mənə görə Paulo yaradıcılığının zirvəsində "Kimyagər" dayanır. Oxudum, gəzdim, dolandım və sonda xəzinəmi tapdım. Təşəkkürlər Pualo.
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
"Mürəkkəblik Sadəlikdədir"
İlk dəfə bu kitabı oxumaq mənim üçün həyatımın keçid mərhələlərindən biri ilə yadda qalmışdı. Kitab haqqında rəyləri, fikirləri oxuduqda, kitabın çox sadə olması, onun ciddi diqqətə layiq olmadığı haqqında çox rəylərə ,fikirlərə rastladım, lakin mən bu fikirlə qətiyyən razı deyiləm. Müəllif bu əsəri ilə bizə “mürəkkəblik sadəlikdədir” göstərir. Bəzən insanlar mürəkkəbliklərə, mücərrəd kitablara, ifadələrə həddən artıq aludə olur və ən mühüm mənanın sadə sözlərdə, sadə hərəkətlərdə olduğunu başa düşmürlər. Amma biz özümüzü yox, kimisə dinləməyə hazırıq hər zaman. Bütün bu müdrikliyin anadangəlmə içimizdə olduğunu dərk etməyib, bizə böyük hikmət öyrədəcək insanları axtarırıq. Dünyanın ruhuna qərq olan hər bir insan təbiətlə, başqaları ilə və özü ilə harmoniyada yaşaya bilər. Bu kitabı bir neçə dəfə təkrar oxudum və hər dəfə hər bir obrazda hər, ilk baxışda adi bir ifadədə yeni, dərin məna tapdım. "Kimyagər" kitabı keyfiyyətli şərab kimidir - adi qırmızı maye... lakin onun əsl dadı ancaq zaman keçdikcə ortaya çıxır, necə deyərlər "sonrakı dad".) Bu kitab qurğuşunda qızıl, dilənçidə padşahı və özündə bir xəzinə görməyə qadir olanlar üçündür. Hər kəsə xoş mütaliələr !
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
·
Puan vermedi
·
Beğendi
Kitabı uzun müddətdir oxumaq istəyirdim . Nəhayət mənə hədiyyə edildi. Çox gözəl axıcı kitabdı. Cəmisi iki günümü aldı. İnsana ruhlandırır. Məqsədlərinizin ardınca getməyə sizə güc verir. Yaxşı ki oxudum dediyim kitablardandı. Oxuyun , oxutdurun.Kitabda vəhdəti vücud təliminin elementlərini də diqqət çəkir. Tez- tez hər şey bir bütündür ifadəsi işlədilir . "İnsanın yeganə borcu var . Öz yolu ilə sonuna qədər getmək .Hər şey bundadır və xatırla ki, nə vaxtsa nəsə istəsən , bütün kainat sənin arzunun həyata keçməsinə köməklik edəcək. "
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
Reklam
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kimyagər
Kimyagər
Kimyagər
Kitab həqiqətən çox möhtəşəmdir, siz bu kitab vasitəsilə öz yolunuzu tapa bilərsiniz və əgər öz yolunuzla varsa, o yolunuzla necə maneələri aşaraq necə rahatlıqla yolunuza davam etməyi öyrənəcəksiniz. Kimyagərdən stat: Dedi ki, xoşbəxt insan-Allahı özündə daşıyan insandır və Kimyagərin dediyi kimi, xoşbəxtliyi adi qum dənəsində də tapmaq olar. Çünki bu qum dənəsi yaratmaq üçün Kainat milyardlarca illər sərf etmişdir. "Yer üzündə yaşayan hər kəsi öz xəzinəsi gözləyir,- qəlbi deyirdi,-lakin biz ürəklər susmağa öyrəşmişik, çünki insanlar öz xəzinələrini tapmaq istəmir. Yalnız uşaqlara biz bu barədə danışırıq, sonra baxırıq ki, həyat necə hər kəsi öz taleyinin görüşünə aparır, lakin bədbəxtlikdən, yalnız çox az adam Öz yolu ilə gedir. Yerdə qalanlara isə dünya qorxu aşılayır və buna görə də doğrudan da təhlükəli olur...
Kimyagər
Kimyagər
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
7/10 puan verdi
·
3 günde okudu
Paulo Coelho
Bu romandan öncə George Oruellin heyvanıstan və 1984 kimi möhtəşəm əsərlərini oxumuşdum.Ayrı mövzuları (Biri yeni dünya reallıqları digəri mənəviyyatla daha əlaqəli) əhatə etdikləri üçün müqayisə etməyim doğru olmaz, ancaq qısaca 1984'dəki dərinliyi bu romanda görə bilmədiyimi deyə bilərəm. Roman axıcı, anlaşıqlı və aydın dillə yazılmışdır.Əsərin sizə bəzi mənəvi qatqıları və həyatınızı dəyişə biləcək baxış bucaqları var.Roman çox sevilən, məşhur kitab olsa da; Qazandığı populyarlığın əsərin özündən böyük olduğunu düşünürəm. #
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
Ən yaxşı
Oxuduqlarım arasından ən sevdiyim kitab idi deyə bilərəm, tövsiyə edirəm.. Bəzən çəkinsəndə geri addım atmaq istəsən də doğru yolda olduğuna işarə edən şeylər səni yoluna davam etməyə təhrik edir. Əziyyətdə olsa, çətin də olsa o yol doğru yol olduğunu bilmək lazımdır. Heç bir uğur asan qazanılmır
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
·
20 saatte okudu
Kimyagər
Kimyagər
Bu kitab elə bir anda mənə gəlib çıxdı ki, həqiqətən ürəyimin səsini dinləmişdim və bundan sonra da dinləməyə davam etməli idim. Sadəcə cəsur insanların, Öz Yolunu gedən insanların anlaya biləcəyi kitab... 216 səhifənin az qala hər səhifəsinin hər sətrinin altından xətt çəkim,dəfələrlə əzbərləyənə qədər oxuyum. Oxuyum ki, ürəyimin təkcə döyüntüsünü eşitməyim. İçi boş motivasiya kitabları insanı bu qədər silkələmir. Tarixi hekayələr içində insana Kainatın dəstəyini hiss etdirir.
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
10/10 puan verdi
·
Beğendi
Kainat hər zaman bizə kömək edir.
Paulo Coelho'nun oxuduğum ilk və hələ ki tək kitabı. Əsərdəki hadisələr, məzmun insanlara eynən Santyaqo kimi öz yolunu tapmaqda kömək edəcəkdir. Vəziyyət pisləşəndə , yaxınlarımızla problem olanda , uğursuzluğa düçar olanda , bir sözlə işlər yolunda getməyəndə ilk düşündüyümüz " Buralardan getməliyəm " olur. Əslində isə hara gedirik gedək, özümüzü də özümüzlə aparırıq. Özümüzü dəyişməliyik , məkanımızı yox. "Kimyagər" əsəri özünü dəyişmək istəyən insanlara səhrada tapılan su kimi gələcəkdir. ")
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
9/10 puan verdi
·
Beğendi
Kimyagər
Kimyagər
Öz yolu və hədəfi olan və yaradilişda ruh, hədəf və uyğunluğ axtaran oxumalıdır məncə) Kitabı çox yerdə görürdüm və sadəcə sevgi məhəbbətdən bəhs edən bir kitab olduğunu düşünüb oxumağın faydasız olacağını fikirləşirdim. Amma oxumağı qərara aldım və yanıldığımı gördüm. Bir kitabı iki dəfə oxumağı sevməyən biri olaraq bu kitabı bir müddət sonra yenidən oxuyacağam düzdür kitabda olan bəzi yerlər olmasaydı daha yaxşı olardı deyə düşünürəm. Amma yenə də əsərə onun yaradıcısının gözüylə baxsaq yəqin ki heç səhv görmərik. Kitab haqqında çox məlumat vermirəm ki marağda qalıb tez zamanda oxumağa başlayasınız)
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
216 syf.
5/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Həqiqətəndə uğura gedən yol məqsəddən və inamdan keçir. Əsər nağıl kimi görünsədə dərin mənaya malik bir kitabdır. Hər səhifəsində bir məna çaları var. Qısacası oxumağa dəyər
Kimyagər
KimyagərPaulo Coelho · Qanun Nəşriyyatı · 2015206bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.