Kitabı bitirmək 12 ayımı aldı. Hər sətri, hər cümləsi eşq qoxurdu. Bu kitab haqqında çox şey yaza bilərəm, lakin fikrimi qısa şəkildə belə şərh edəcəm.
Kitaba başlamağım çox qəribə şəkildə olmuşdu. Müəllifi yuxuda görmüşdüm, əlində şəkil göstərib ağlayırdı, lakin nə dediyini anlamırdım. Kitabı bitirməyim də çox qəribə və mənəvi şəkildə oldu. Axır cümlələri səsləndirdim. Cümlələrin ağırlığının ruhuma verdiyi xəcalət və hüzün ilə tövbə etdiyim an sübh azanı verildi, bütün otağı azan sədaları bürüdü..
Sonda kitabın son sətirlərini buraxıram bura, ruhumu lərzəyə gətirən o sözləri..
"Ey Rəbbim! Mənə bu qürur diyarını tərk etməyi, xoşbəxtlik diyarını əldə etməyi və ölüm yetişmədən ölməyi nəsib et!"
Amin..
Əvvəldə də və sonda da tərif Allaha məxsusdur.