Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Kəlamlar (Həzrəti Əli)

Ali Polat

Kəlamlar (Həzrəti Əli) Sözleri ve Alıntıları

Kəlamlar (Həzrəti Əli) sözleri ve alıntılarını, Kəlamlar (Həzrəti Əli) kitap alıntılarını, Kəlamlar (Həzrəti Əli) en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Tövbə insanın ürəkdən peşman olması, dili ilə əfv diləməsi, bədənindən günahlarını atması və günahları təkrar etməyəcəyi haqqında daxilən qərar verməsi deməkdir.
Reklam
Sən bunu unutma, sanma heç yalan, Ya umduğuna, ya qorxduğuna quldur bu insan.
Ən ağıllı insan öz qüsurunu görüb, başqalarının qüsurlarını görməyəndir.
Belə bir söz var, deyərlər ki: "Dil yarası sağalmaz". Söz də var, açdığı yaradan axan qanlar azalmaz.
Reklam
Prinsipin müdriklik, libasın sakitlik olsun. Çünki hər ikisi yaxşı insanların bəzəyidir.
Ataların uşaqlarına qoyub gedəcəyi ən yaxşı miras tərbiyədir.
Dostun düşməni ilə dostluq etmək dosta düşmənçilik etməkdir.
Reklam
Nəfsini özünlə başqası arasında bir ölçü-meyar et. Öz nəfsin üçün istədiyini o adam üçün də istə. Öz nəfsin üçün istəmədiyini onun üçün də istəmə. Sənə necə münasibət bəslənməsini istəyirsənsə, sən də ona elə münasibət bəslə. Zülmə məruz qalmaq istəmirsənsə, sən də zülm etmə.
Sayfa 103Kitabı okudu
İnsanın bildiklərinə əməl etməsi bilmədiklərini öyrənməkdən daha xeyirlidir.
İsrarla əl çəkməsə belə, dilənçini nəzirdən məhrum edib əliboş yola salma.
Deyilməsi lazım olmayanı deyən eşitmək istəmədiyi sözlər eşidər.
97 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.