Köhnə Qorxular

Ramiz Rövşən

Newest Köhnə Qorxular Quotes

You can find Newest Köhnə Qorxular quotes, newest Köhnə Qorxular book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Yaşamaq da, bir işdir
Yaşamaq da, bir işdir Hər gün nəfəs alıb-vermək Yeyib-içmək Sevişmək Ölüm bekarçılıqdır Nə bir kəsi axtarırsan Nə səni axtaran var... Yaşamaq da, bir işdir Özü də, pis iş deyil Canında tab Ağzında tam varsa, Yeməyə kabab İçməyə şərab Sevməyə adam varsa...
:D
Vano hər gün evdən çıxırdı, hər yerə gedirdi, ancaq yenə də axmağıydı. Niko heç vaxt evdən çıxmırdı, heç hara da gedib-eləmirdi, çünki ağıllıydı. Vano hər səhər günəşin doğmağına baxardı, baxıb ləzzət alırdı, ancaq yenə də axmağıydı. Niko günəşin doğmağına baxmırdı, ləzzət də alıb-eləmirdi, çünki ağıllıydı.
Reklam
Axx axx...
O hansı qız idi? Bir gün ona sən "sevirəm" deyəndə sənə gülən qız. Bir lovğa gülüşlə səni öldürən və sənin gözündə özü ölən qız.
Küsdürüb özündən bütün dostları, sevmir özünü də, özgəsini də. Bəlkə də, çəkdiyi papirosların xatirinə alır nəfəsini də.
Haçansa, ya güllə yarasından, Ya da öz yatağımda hansısa xəstəlikdən səssizcə öləndə mən - siz ey məni bir vaxt sevib xoşlayan, qucaqlayan, tumarlayan, oxşayan doğma əllər, köynəyimi cırıb parçalayarsız. Və altında daha ürək döyünməyən sinəmin üstünə məktub qoyarsız, - bircə məktub… başqa şey istəmirəm.
Sən birdən getmədin, yox, hər gün bir az getdin, bir az. Bəlkə, qorxdun- birdən getsən, bu ürəyim tablamaz.
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.