Köhnə Qorxular

Ramiz Rövşən

Köhnə Qorxular Quotes

You can find Köhnə Qorxular quotes, Köhnə Qorxular book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
İndi ürəyimdə rahatçılıqdı İndi kimsəsizdi ürəyim tamam Sən demə, yiyəsi o kədər imiş... Diksinib gözümü açım bir anda, Onu başım üstə görüm duranda.
Sayfa 27
Dünyayla öz aranda sən dərdi sərhəd kimi, sədd kimi çəkmə. Bir azca ümid qat, başını aldat, dərdi kef kimi çək, dərd kimi çəkmə.
Reklam
Haçansa, ya güllə yarasından, Ya da öz yatağımda hansısa xəstəlikdən səssizcə öləndə mən - siz ey məni bir vaxt sevib xoşlayan, qucaqlayan, tumarlayan, oxşayan doğma əllər, köynəyimi cırıb parçalayarsız. Və altında daha ürək döyünməyən sinəmin üstünə məktub qoyarsız, - bircə məktub… başqa şey istəmirəm.
Yaşın iyirmisində, ya otuzunda- yetim kimi qalırsan bu ömrün ortasında. Çığırmaq istəyirsən, içindən səs də gəlmir. Ağlına bir doğma ad, bir doğma üz də gəlmir.
Axx axx...
O hansı qız idi? Bir gün ona sən "sevirəm" deyəndə sənə gülən qız. Bir lovğa gülüşlə səni öldürən və sənin gözündə özü ölən qız.
Ruhun qarışacaq şam işığına, ruhuna damacaq bu əriyən şam.
Reklam
109 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.