Kor Nöqtə

Naiq Babayev

Quotes

See All
Lap əlli il də keçsə, "Pes 13" oynayanın cibində pul nə gəzərdi?
Sayfa 13 - Şahmar; Parlaq İmzalarKitabı okudu
Yaradanlar və Dağıdanlar
Şəkil çəkəni, nəsə yazanı, düzəldəni o qədər lağa qoyurlar ki, onlar da soyuyurlar. İstedadları beşikdəcə boğulur.
Sayfa 69 - Pərvanə müəllimə; Parlaq İmzalarKitabı okudu
Reklam
Onuncu sinif ümumi tarix kitabını yeddinci sinifdə oxuduğumu desəm, yəqin, heç kim inanmaz - amma həqiqətdi. Maraqlı kitab idi. Amma doqquzuncu sinif Azərbaycan tarixi getsin, gəlməsin. Əslində, xanlıqlar-zad, satqınlıq, müharibə xoşuma gəlməliydi, amma gəlmirdi də. Qəndqabı boyda ölkəni birləşdirə bilməyən adamların nəyi tarixə düşüb baş açmıram.
Sayfa 176 - Parlaq İmzalarKitabı okudu
Müəllimlik.")
"Şagird bir üzünə tüpürsə, digərinə tüpürməsi üçün valideyn çağırmalısan."
Parlaq İmzalarKitabı okudu
Bu qədərmi doğru olar?
Çıxış saatlarında bura ibtidailərin dalınca gələn qorxaq valideynlərlə dolu olardı. Hələ yeddi, səkkizincilərin də dalınca gələnlər olur. Bilmirlər uşağı necə utandırsınlar. Uşağın çantasını alandan sonra da çıxıb getmirlər. Özləri kimi sarsaqları ətraflarına yığıb müəllimlərin qeybətini eləyir, müəllim gələndə isə "sizdən yoxdu, sağ olun ki, uşaqlara belə ürəkdən can yandırırsız", - deyərdilər. Uşaqlar məktəbin böyrünə keçib dava eləyəndə, ya qaçıb yerə yıxılanda dağılışardılar. Adətən içlərindən biri evə gedən kimi ən çox qeybət eləyən valideynin nələr dediyini müəllimə yazır. Müəllim də o valideynin uşağını dərsə qaldırmır. Valideyn də şikayətə gəlib belə deyir: "Müəllimlər günündə hamı iyirmi manat verəndə mən on manat verdiyim üçün uşağımdan acıq çıxır".
Sayfa 36 - Parlaq İmzalarKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.