Kostyumlu Övliya

İlqar Kamil

Quotes

See All
Bir gün həzrət Musa Allahdan soruşur: "İlahi, sənin təlimlərin arasında gözəl olan xeyli əməl var, hamısı alidir, hamısı bir-birindən dəyərlidir, fəqət məsələnin əhəmiyyətini başa düşmək üçün, icazə ver, öyrənim: sən özün bəndə olsaydın, bircə əməl de, lütfən, bu qədər çeşidin arasından hansını seçərdin əməl etmək üçün"? İndi siz təsəvvür edin, Allahın qarşısında nə boyda siyahı var - namaz, oruc, həcc, cihad və sair və ilaxır. Lakin buyurun Allahın cavabına baxın: "Ya Musa, mən bəndə olsaydım, Allahın bəndələrinə xidmət edərdim".
Həyat nədir? Dili söz tutan hər kəs danışıb bu haqda. Misal üçün, Dostoyevskiyə görə, həyat cəhənnəmdir, Sokrata görə iztirab çəkməkdir, Nitsşeyə görə, gücdür, Pikassonun baxışında, sənətdir, Qandinin aləmində, mübarizə və mübarizənin xüsusi növüdür. Hacının qələmə aldığı "Haradan başlamalı" kitabını oxuya-oxuya bu qənaətə gəlirəm: bəlkə, həyat Allahla yaşamaqdır? Niyə də yox! Bəlkə, bütün bu interpretasiyalar Ondan uzaq düşdüyümüz üçündür?
Reklam
Güclü görünməyə məcbur olmadığımız yerlərdə, kəslərdədir xoşbəxtlik: Allahın və Allah dostlarının yanında!
Hacının həcc yoldaşı Xəyal Nağıyev yazır, həcc ziyarətində olan vaxt gecə oyanıb gördüm ki, kimsə ustufca bir -bir yatanların üstünü örtür, qaranlıq idi, dəqiq sezə bilmədim, ancaq maraqlı gəldi, qalxdım ayağa, asta-asta yaxınlaşdım ki, Hacıdır, Hacı Şahin Həsənli!
Sayfa 159Kitabı okudu
"Şeytan onlara hakim kəsildi və beləliklə, Allahı unutdular..." Lakin bir də var Allahın insana hakim kəsilməsi! İçin də Allahdır, çölün də! Dilin də Allahdır, feilin də! Xəyali müxatəbin də Odur, xəyali nəzarətçin də!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.