Kralın Kreslosu

Zahid Xəlil

Sözler ve Alıntılar

Tümünü Gör
Ədəbiyyat da insan kimidir. Bir də görürsən ki, onu oxuyanda əsər sənə göz vurur. Yəni "diqqətli ol, mənim sözlərimin altında ayrı məna da var". Çalış ki, o mənanı dərk edəsən. O məna əsərin ən ləzzətli hissəsidir. Onu dəryanın dibindəki qızıla da bənzə dirlər. Köhnə bənzətmədir, amma qiymətlidir. Köhnə qızıl kimi... Onu tapdınmı, ağzın bal kimi olacaq. Bədii ədəbiyyat sirlərlə doludur. Hər yazıçı bu sirlərin bir məqamından istifadə edir. Əsas məsələ odur ki, sən o şeirləri və ya hekayələri oxuyanda baxıb görəsən ki, sözün altında hansı sirlər gizlənib. Sənə o sirləri tapmağı arzulayıram.
Uşaq Allahın yer üzünə göndərdiyi ən qiymətli töhfədir.
Reklam
İnsanların vəfası bu qədərdir. Nə qədər ki, onlara lazımsan, səni əzizləyirlər.
Həyatda bəzən hər şey tərsinə olur. Gərək buna dözməyi bacarasan.
Əgər kişi gülə bilirsə, ağlaya da bilər. Əgər adam yeri gələndə ağlamağı bacarmırsa, şikəst kimidir.
Sayfa 299Kitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.