Kərpickəsən

Nizami Gəncəvi

Quotes

See All
Hər işdə, hər əməldə tikən ol, yıxan olma!
Sayfa 10
Əməksiz bir həyat bibərdən acı! Əməkdir insanın başının tacı!
Sayfa 10
Reklam
İnsan, yaratmaq üçün yaranmışdır.
Sayfa 10
Dünyada gördüyün bütün abadlıqlar göbələk deyil ki, yerdən göyərsin. Zəhmətə qatlaşan əməyə dözən adamların əməyi sayəsindədir. Kərpic kəsmək, palçıq tutmaq, qara işdə çalışmaq insan üçün qəbahət deyil. Zəhmət canın cövhəridir.
Sayfa 6 - Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuat KomitəsiKitabı okudu
- Ey qoca, sən niyə belə ağır zəhmətə qatlaşırsan? Yaşlı adamsan, özünə yazığın gəlsin. Bu qədər əziyyətin qabağında qazandığın bir qarın çörəkdir. O çörəyi kimdən istəsən, səndən əsirgəməz. Qoca bir anlığa əl saxlayıb diqqətlə cavanı süzdü. Bir qədər acıqlı səslə dedi: – Deyirsən, özümə yazığım gəlsin?! Mən o zaman yazıq olaram ki, gəlib sənin qarşında bir parça çörək üçün əl açım! Bu əziyyəti ona görə çəkirəm ki, alnıaçıq, üzüağ yaşayım. Qolunda az-çox gücü olan adamın başqasına əl açması şərəfsizlikdir. Şərəfsizlik isə ölümdən betərdir.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.