Yazıçı Şərif Ağayarın "Kərpickəsən kişinin dastanı" povesti yaşadığı torpaqlardan didərgin düşüb tanımadığı kəndə gələn və bura adaptasiya olunmağa çalışan bir ailənin düşdüyü tragikomik stuasiyaları əks etdirir. Povestdə Nizami Gəncəvinin eyni adlı mənzum hekayəsinin əzəli-ədəbi didaktik məntiqi yenidən-dövrümüzün gerçəklərinə uyğun dəyərləndirilir. Başqa sözlə, yenidən dəyərləndirmə prosesi qaçqın ailəsinin tanımadığı kəndə adəptəsini əks etdirən sujet xətti üzrə inkişaf edir.