Külleri bitirdim. Kitab mənim sevə biləcəyim bir tərzdə idi. Elektromaqnit dalğa sonrası bütün telefonlar, planşetlər, maşınlar işləmir, işıqlar kəsilir falan filan. İnsanların da bir hissəsi zombiyə çevrilir. Kitabda iyrənc qanlı səhnələr filan var əgər bu tip səhnələr sizi narahat edirsə, oxumağınızı tövsiyə etmirəm. Məni o qədər də narahat etmədi düzü.
Ümumi olaraq kitab insanı gərgin saxlayır. Bəzən gecələr oxuyandan sonra azacıq qorxdum da. Amma təbii ki, qorxu deyil. Fantastik gerilim demək olar.
Xoşuma gəlməyən tərəflər Alex-in aşkları idi. Dünyanın sonudu ne aşkı kardeşim demədən dayana bilmədim kitabı oxuyanda. Öz də 1 nəfərə yox 2 nəfərə. Nəysə...
Kitabda çox şey yarımçıq qaldı. Onu da 4 kitablıq seriyanın ilk kitabı olması ilə əlaqələndirirəm. Belə ümumi olaraq bəyəndim. Bu tərz kitabları sevirsizsə məncə oxumağa dəyər.
Küller Gölgeler ilə davam edir...
P.S. Spoiler vermədən fikir bildirmək çox çətindir