Lanet Olsun Zaman Nehrine

Per Petterson

Lanet Olsun Zaman Nehrine Posts

You can find Lanet Olsun Zaman Nehrine books, Lanet Olsun Zaman Nehrine quotes and quotes, Lanet Olsun Zaman Nehrine authors, Lanet Olsun Zaman Nehrine reviews and reviews on 1000Kitap.
Mən :
...harasa getmək lazım olanda ya piyada, ya da avtobusla gedirdim. Bu, işimə yarayırdı, çünki fürsətdən istifadə edib avtobusda yatırdım. Nə qədər desən, yata bildiyim qədər.
Sayfa 30 - TEAS Press Nəşriyyat eviKitabı okudu
...gördüyü və bildiyi şeylər özünü məndən üstün hiss etməsinə səbəb olurdu, sanki qəribə də olsa, buna haqqı var idi.
Sayfa 27 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
Amma heç nə əvvəlki kimi eyni deyildi: dünyaya qarşı sadəcə ikimizin çiyin-çiyinə, əl-ələ olduğumuz zamanlardakı kimi deyildi heç nə. O zamanlar “sadəcə sən və mən varıq” deyərdik, sadəcə sən və mən...
Sayfa 24 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Görəsən, tək qalanda hər şey dahamı pis olacaqdı? Qorxurdum bundan. Sinəmdəki ağrının artacağından, kiçik bir tikəni belə udmaq üçün etdiyim mücadilədən, ayaqlarımdakı ani qıcolmaların çoxalacağından qorxurdum. Xarab olmuş radionun buraxdığı dalğalar kimi ora-bura uçuşan düşüncələrimdən, yuxularımdakı çılğın, saysız-hesabsız diksinmələrdən qorxurdum.
Sayfa 22 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Orta məktəbi bitirdikdən sonra sırf məcburi məktəb proqramına daxil olmadığından, alman dilində bədii ədəbiyyat oxumağı dayandırdığım üçün məni danlamışdı, intellektual baxımdan tənbəl olduğumu söyləmiş və mən də özümü müdafiə edərək tənbəl olmadığımı, bunun bir prinsip məsələsi olduğunu və faşistlərə nifrət etdiyim üçün alman dilində oxumadığımı demişdim. Bu onu daha da əsəbiləşdirmişdi. Titrəyən şəhadət barmağını burnuma uzadaraq: "Sən Almaniyanı, alman tarixini və oradakı hadisələri hardan biləsən?" - demişdi mənə.
Sayfa 11 - TEAS Press Nəşriyyat eviKitabı okudu
...anam heç vaxt Hamfri Boqarta “İkimizi də düşünməlisən!” deməzdi. O bunu heç kəsə deməzdi.
Sayfa 9 - TEAS Press Nəşriyyat eviKitabı okudu
Reklam
Geri150
509 öğeden 501 ile 509 arasındakiler gösteriliyor.