Kitab haqqında təəsüratlarım çox da müsbət deyil əslində. Üz qapağı və mövzusu çox cəlb edici görünmüşdü mənə, amma oxuyub bitirdiyimdə çox da məmnun qalmadım. Gözləntilərimdən aşağı oldu, yetəri qədər həyəcan və maraq yaratmadı məndə. İlk 100 səyfəyə qədər əslində çox maraqlı irəliləyirdi amma hadisələrin sonrası cəlb edici görünmədi mənə. Düşünürəm ki roman deyildə bir az da qısaldılıb hekayə halına salınsaydı bəlkə pis olmazdı. Amma yenədə çox bərbad olduğunu düşünmürəm. 10 bal üzərindən 4.5 verirəm kitaba.