Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Lefortovo Zindanında

Xəlil Rza Ulutürk
8/10
1 Kişi
7
Okunma
5
Beğeni
646
Görüntülenme
Bu əsər ədəbiyyatımızda elmi-tarixi memuar janrının ilk nümunələrindəndir. İndiyədək analoqu olmayan ədəbi yaradıcılıq tipidir. Belə nümunələrə dünya ədəbiyyatında az təsadüf edilir. Kitabda istiqlal şairi, milli azadlıq mücahidi Xəlil Rza Ulutürkün azadlıq müdarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ifadə olunmuşdur. Əsər gənclərimizin hərbi vətənpərvərlik və dövlətçilik tərbiyəsi, vətənə, xalqa, torpağa əqidəcə, məsləkcə bağlanmaq sahəsində qiymətli salnamədir. Xəlil RzaUlutürk görkəmli şair, filosof, mütəfəkkir şəxsiyyət, ədəbiyyatşünas-alim olmaqla bərabər, ictimai-siyasi xadim, milli istiqlal mücahididir. Onun azadlıq hərəkatı öncüllərindən biri olmasını yalnız Azərbaycana aid olan hadisə hesab etmək olmaz. X.R.Ulutürk mücahidliyi - bəşər azadlıq hərəkatının tərkib hissəsi, dünya bahadırlarına məxsus olan mübarizə yolunun tarixi davamı - gələnəyidir. X.R.Ulutürkün fərdi nümunəsi Məhəmməd Hadi, Fərrux Yəzdi, Sergey Korolyov, Soljenit-sın, Nazim Hikmət, Nelson Mandela, Qarsiya Lorka, Be-loyannis, Xosrov Ruzbeh, Pablo Neruda, KelşVandış, Mehdi Hüseynzadə kimi dünya vətənpərvərlərinin qəhrəmanlıq nümunəsidir. X.R.Ulutürk xalqımızın azadlığı, milli idealı naminə ayağa qalxmışdı. Zəngin tarixə bələdlik, fərdi mübarizə ruhu, nəslin keçib-gəldiyi represiyalar yolu onu azadlığa, istiqlala səsləmişdi. O, Azərbaycanın müstəqil dövlətçiliyi naminə ayağa qalxmışdı! Türkçülüyün, Azərbaycançılığın düşməni olan rus imperiyasına qarşı ayağa qalxmışdı! Azov, Xəzər, Qara dəniz, Cənubdan Türkiyə və İranla əhatə olunmuş yüzlərlə xalqın - qafqazlının qənimi olan ikibaşlı qartal imperiyasına qarşı ayağa qalxmışdı!
Yazar:
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
Tahmini Okuma Süresi: 13 sa. 39 dk.Sayfa Sayısı: 482Basım Tarihi: 2006Yayınevi: Çinar Nəşriyyatı
ISBN: 9784702060200Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
482 syf.
·
Puan vermedi
Öncə onu deyim ki, kitab mənim üçün çox ağır idi. Bugün Lefortofo zindandan çıxmışam. Ruhumu Bakıda vətənimin və Firəngizin yanında qoyub getmişdim. Ruhumun ayrı şəhərdə, cismimin isə ayrı şəhərdə olduğu vaxtlar sadəcə poeziya ilə məşğul olaraq təskinlik tapırdım. Tərcümə etməli olduğum kitablar, yazmalı olduğum şeirlər vardı. İstintaqlar və hər gün neçə dəfələrlə eyni suallara cavab verməkdən artıq təngə gəlmişdim. Bakıya gəldiyim gün isə mənim Azadlıq bayramım idi. Lakin ordakı kədər üstümə sinmişdi.. (Kitabı oxumaqdan əlavə yaşadığımı yuxarıdakı cümlələr ilə izah edə bildim mi bilmirəm) Kitabda bizə tanış olan şairlərin adlarının çəkilməsi gözəl idi. Xəlil Rza Ulutürk'ün yanına gedərkən Nəsimi, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və.s şair və yazıçılarımız ilə görüşmüşəm kimi bir hiss. Kitabın tarixi elmi siyasi olduğunu deməyimə ehtiyac yoxdur yəqin ki. Kitabda əvvəlcə daha çox siyasi məsələlər, siyasi çıxışlar sonra isə Xəlil Rza Ulutürk'ün Lefortofo zindanında yazdığı gündəliklər yer alır. Oxunması və o günlərdən bu günlərimiz üçün dərs çıxarılması lazım olan əsərlərdən biridir. Kitabı hansı sözlərlə ifadə edəcəyimi bilmirəm. 467səhifədə ağlımıza gələn hər bir duyğu qarşımıza çıxır, kitabı ağırlaşdıran da bu idi deyəsən.
Lefortovo Zindanında
Lefortovo ZindanındaXəlil Rza Ulutürk · Çinar Nəşriyyatı · 20067 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.