Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Lefortovo Zindanında

Xəlil Rza Ulutürk

Lefortovo Zindanında Yorumları ve İncelemeleri

Lefortovo Zindanında yorumları ve incelemelerini, Lefortovo Zindanında kitabı hakkındaki okur görüşlerini , Lefortovo Zindanında puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

810 üzerinden
1 Kişi · 1 İnceleme
482 syf.
·
Puan vermedi
Öncə onu deyim ki, kitab mənim üçün çox ağır idi. Bugün Lefortofo zindandan çıxmışam. Ruhumu Bakıda vətənimin və Firəngizin yanında qoyub getmişdim. Ruhumun ayrı şəhərdə, cismimin isə ayrı şəhərdə olduğu vaxtlar sadəcə poeziya ilə məşğul olaraq təskinlik tapırdım. Tərcümə etməli olduğum kitablar, yazmalı olduğum şeirlər vardı. İstintaqlar və hər gün neçə dəfələrlə eyni suallara cavab verməkdən artıq təngə gəlmişdim. Bakıya gəldiyim gün isə mənim Azadlıq bayramım idi. Lakin ordakı kədər üstümə sinmişdi.. (Kitabı oxumaqdan əlavə yaşadığımı yuxarıdakı cümlələr ilə izah edə bildim mi bilmirəm) Kitabda bizə tanış olan şairlərin adlarının çəkilməsi gözəl idi. Xəlil Rza Ulutürk'ün yanına gedərkən Nəsimi, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı və.s şair və yazıçılarımız ilə görüşmüşəm kimi bir hiss. Kitabın tarixi elmi siyasi olduğunu deməyimə ehtiyac yoxdur yəqin ki. Kitabda əvvəlcə daha çox siyasi məsələlər, siyasi çıxışlar sonra isə Xəlil Rza Ulutürk'ün Lefortofo zindanında yazdığı gündəliklər yer alır. Oxunması və o günlərdən bu günlərimiz üçün dərs çıxarılması lazım olan əsərlərdən biridir. Kitabı hansı sözlərlə ifadə edəcəyimi bilmirəm. 467səhifədə ağlımıza gələn hər bir duyğu qarşımıza çıxır, kitabı ağırlaşdıran da bu idi deyəsən.
Lefortovo Zindanında
Lefortovo ZindanındaXəlil Rza Ulutürk · Çinar Nəşriyyatı · 20067 okunma