Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Yorumlar ve İncelemeler

Tümünü Gör
304 syf.
·
Puan vermedi
·
25 saatte okudu
İnsan necə bir varlıqdır ?
Kitabı aylar öncə alsamda oxumağ üçün cəsarətim yox idi. Və sonunda özümdə o cəsarəti tapıb bir yerdən başladım. Necə başladım necə bitirdim hələdə anlamış deyiləm. Sadəcə dəhşət içində olduğumu deyə bilərəm. Əsər Bosniya müharibəsi zamanı 16 yaşlı qızın tükürpədici və ürəkparçalayan hekayəsindən danışır. Leyla hər gənc qız kimi öz xəyalları olan və təhsilinə önəm verən bir qızdır. Axı hardan bilə bilərdi ki, o xəyallardan çox uzaqda və acınacaqlı həyat onu gözləyir. Müharibə çox çətindir bunu hər birimiz bilirik. Ancaq qadınlar və uşaqlar üçün isə tamamilə dözülməzdir. Leyla isə buna dözdü. Çünki başqa çarəsi yox idi. Onu ayaqda saxlayanda elə o bitmək- tükənmək bilməyən ümidləri oldu. Kitabı oxuduqca bir daha anladım ki, insan necədə vəhşi bir varlıqdır. Kitabı tövsiyyə etməyə gəlsək həssas insanların oxumağı özləri üçün yaxşı olmaz deyə düşünürəm.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
Reklam
304 syf.
·
Puan vermedi
·
5 günde okudu
"səɴɪɴ ꜰᴀɴᴛᴀᴢɪʏᴀʟᴀʀıɴ səɴɪ öʟüᴍᴅəɴ xɪʟᴀs ᴇᴅɪʙ" Leyla adının mənası "gecə", "zərif və incə zanbaq" deməkdir. Fəqət müharibə özünün ən çılğın vaxtlarını doya-doya yaşamaq istəyən bu gənc qızın zərifliyini də, incəliyini də bir göz qırpımında məhv etdi. Müharibənin başlaması ilə Leyla həm uşaqlığını, həm gəncliyini, həm də ailə sevgisini itirdi, sanki birdən-birə böyüdü. 1992-1995-ci illər ərzində davam edən müharibə Bosniya serbləri ilə Bosniya müsəlmanları arasında gedirdi. Əslində, hər ailə bu savaşın onlardan yan keçməyəcəyini bilirdi, amma Leyla birdən-birə hər şeyini arxada buraxıb yeni həyata nə zaman və necə atıldığını belə başa düşmədi. Müharibənin gedişatı boyu Bosniyalı qızın olduğu müxtəlif mühitlər həm aurası, həm də iyrənc ruhlu insanları ilə seçilirdi. Oxuyarkən Rövşən Abdullaoğlunun "Relslər üzərində uzanmış adam" əsərini xatırladım. Adri ilə Leylanın taleləri onları Bosniya-Serbiya müharibəsində birləşdirir. Hər ikisi bu amansız mübarizənin qurbanı olmuş, həyat eşqini, gəncliklərini, sevinc və gülüşlərini geridə buraxmağa məcbur qalmışdılar. Leylanın bu qədər iztiraba dözə bilməsi əsl möcüzədir. Təəssüf ki, Leylanın qan donduran hekayəsi real hadisələrə əsaslanıb. İnsanlar necə zalım ola bilir? Bu zülmlərin səbəbi nədi? "Leyla" məndə dərin iz buraxacaq əsərlərdən oldu. Kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin əsəbi və ürəyi zəif olanlara məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
10/10 puan verdi
·
22 saatte okudu
Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur.. Əsər Bosniya soyqırımı zamanı gənc qız, Leylanın başına gələn dəhşətli hadisələrdən bəhs edir. 16 yaşlı qız ailəsindən ayrı düşür və serblər tərəfindən dəfələrlə işgəncələrə, təcavüzlərə məruz qalır. Kitabın bəzi hissələrində Leylanın yaşadıqlarını oxumaq həqiqətən psixoloji cəhətdən pis təsir etdi. Məncə, müharibənin də bir ədəbi olmalıdır, günahsız gənc qız və onun kimi qadınlara qarşı belə davranışların olması insanı dəhşətə gətirir. Onlara bir əşya kimi davranır, heçə sayır, ağla gəlməyəcək işgəncələr verirlər. Leyla çox güclüdür ki, bu yaşadıqlarından sonra həyatda qalmağı bacarır. Bu hadisələri oxumaq bu qədər çətindirsə, onların bunu real həyatda yaşamasını təsəvvür edə bilmirəm. Uzun müddət təsirindən çıxa bilməyəcəyim bir kitab oldu.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
8/10 puan verdi
·
3 günde okudu
Müharibənin gəlişi ilə həyatı məhv olan daha bir qadının kitabı...
Kitabın yazarı alman jurnalist Aleksandra Kavelius Saraybosnadakı qadınlar haqqında məqalə yazmaq qərarına gəlir və araşdırmalar aparmağa başlayır. Günlərin birində Leyla ilə tanış olur. Leyla başına gələnləri ona danışdıqdan sonra jurnalist bu kitabı yazmağa başlayır. On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc bir
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
Reklam
304 syf.
8/10 puan verdi
·
39 günde okudu
Əgər oxumamısınızsa mütləq oxuyun. Bir qadının, həyatı daha yeni-yeni dərk etməyə başlayan yeniyetmə qızcığazın başına daha betər nələr gələ bilərdi ki? Əvvəl ailə şiddəti, sonra hardan gəldiyini bilmədiyi bir savaş, ardı-arası kəsilməyən təcavüzlər.. Yazarkən belə insanın qanı donur. Başına bu qədər bədbəxtlik gəlməsinə rəğmən həyata tutunmağı bacaran qəhrəman qadının hekayəsidir bu. Şiddətlə tövsiyə edirəm. Xoş mütaliələr..
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Leyla
Bosniyalı bir qızın ürəkparçalayan və tükürpədici gerçək həyat hekayəsi... On altı yaşlı Leyla öz yaşıdları gənc qızlar kimi nağılar aləmində gözəl xəyallar qurur və bu şirin xəyalların real olacağı günün eşqi ilə alışıb yanırdı. Leyla həmçinin ağıllı və savadlı qız idi təhsilini davam etmək üçün yaşadığı şəhərdən nənəsi gilin yanına köçür elə həmin tarixlərdə Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir.... Bizim filmlərdə baxıb real ola bilməz dediyimiz ağlasığmaz dərəcədə dəhşətli hadisələrin içinə düşür və insanlıq tarixinin ən qəddar əsir düşərgəsində 2 ilə yaxın qalır... Əsərdə hadisələri bizə Leyla danışır oxuyarkən düşünmək belə istəmir insan. Leyla 10 minlərlə qadının nümunəsi idi o əsir düşərgələrində saxlanılan qadınların ən ürəklisi idi bəlkədə .. Kitabı oxuyanda bir anlıq bu hadisələrin həqiqət olmamasını arzu etmişliyim də var... Həmçinin hadisələr Qarabağ müharibəsi ilə o qədər yaxında səslənirdi ki , damarlarımda axan o qan intiqam üçün alışıb yanırdı. Şükür ki, biz qisasımızı almışıq "EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA" eldə çox can alıcı alıntılarım yoxdu hələdə hadisələrin şokundayam həmdə real olan hədislərin SOS Yetkinlik yaşına çatmamış şəxslərə , pisxoliji baxımdan həssas olan insanlara kitabı oxumaq məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
10/10 puan verdi
·
Beğendi
·
26 saatte okudu
"Sənin fantaziyaların səni ölümdən xilas edib" Leyla adının mənası "gecə", "zərif və incə zanbaq" deməkdir. Amma adının mənasına uyğun həyat yaşaya bilməyən Leyla... Müharibə Leylanın bütün zərifliyini, ailə sevgisini, gəncliyini bir göz qırpımında məhv etdi, sanki birdən birə böyüdü o balaca qız... 1992-1995-ci illərdə davam edən müharibə Serblər və Bosniya müsəlmanları arasında gedirdi. Əslində hər ailə bilirdi ki, müharibə onlardan yan keçməyəcək, amma Leyla birdən-birə hər şeyini arxada buraxıb yeni həyata nə zaman və necə atıldığını başa düşmədi. Müharibənin gedişatında bu kiçik Bosniyalı qız çox işgəncələrə məruz qaldı. Kitabı oxuduqca Xocalı faciəsi'ni xatırladım. Düşmənlərin yerli əhaliyə qarşı zorakılıqları, qadınları əsir alması və s... Leyla'nın bu qədər ağrı-acıya dözməsi əsl möcüzə idi. Təəssüf ki kitabda qeyd olunan hadisələr real idi. O qədər şeyə rəğmən Leyla necə sağ qala bildi? axı burda Leylanın günahı nə idi?... Sadəcə bir şey deyə bilərəm. Leyla'm an bunlara layiq deyildin. Məndə silinməz izlər buraxdın... ~Qeyd edim ki, kitab yetkinlik yaşına çatmamış şəxslərə, həmçinin ürəyi zəif olanlara məsləhət görülmür.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
·
Puan vermedi
·
Beğendi
·
5 günde okudu
Her savaşta olduğu gibi Yugoslavya savaşında binlerce kadın sistematik bir şekilde işkence ve tecavüze maruz kaldı. Ve dünya her zaman ki gibi üç maymunu oynadı. Daha iyi bir yazarın elinde çok ses getirebilecek bir hayat hikayesi ne yazık ki istenen etkiyi göstermemiş.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
Reklam
304 syf.
·
Puan vermedi
·
3 günde okudu
Leyla Balkan müharibələrinin dəhşətlərini yaşamış bir qızın hekayəsidir. Aleksandra Kavelius Leylanın dilindən bütün hadisələri dəqiqliyi ilə eşidərək, aldığı qeydlər əsasında bu kitabı yazıb. Amma nəzərə alsaq ki, bu çətin günlərdən sonra travmalar alan Leyla çox azını xatırlayır, dəhşət sadecə bu kitabda yazılanlardan ibarət deyil. Avropada
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
·
Puan vermedi
daha on beşinde kız çocuğudur laila. bosna savaşı sırasında şahit olduğu cinayetler, katliamlar; yakalanıp toplama kampına götürüldüğünde orada yaşadığı işkenceler ve tüm o detaylı anlatımlar... minik kız çocuğunun akli dengesini bozan facialar ve bunlar ardarda birer bombardıman gibi kızın beyninde patlıyor. bir çok kadınla birlikte kendisinin de uğradığı toplu tecavüz sonrası yaşadığı acı, en dayanıklıyım diyeni bile ağlatır. srebrenica katliamını andığımız bugünde aklıma gelmişken yazayım dedim. her anma gününde ya da benzeri bir haber okuduğum anda aklıma gelir laila. ruhu 100 yaşına ulaşmış o on beş yaşındaki kadını düşünüp duruyorum. bugün de öyle oldu yine. insan değişiyor. bazı kitaplar insanı gerçekten değiştiriyor. reel hayatta alehine işleyecek kadar duyarlı olmaya başlıyor mesela bu kitapla. sıradaki gözyaşı ruhuna değsin laila.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
·
Puan vermedi
·
27 saatte okudu
Haqsızlıq unudulmamalıdır... Yenə müharibə, yenə işgəncələr və yenə zorlanan qadinlar... Bosniya ve Serbiya arasında baş verən amansız müharibə və onun törətdiyi fəsadlar, vəhşiliklər bu kitaba əks olunub. Əsərin mərkəzi surəti Leyla illər sonra başına gələn dəhşətli hadisələri danışır... Və bütün bunlar yazıçının təxəyyulu deyil, gerçək bir hekayədir
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
8/10 puan verdi
·
7 günde okudu
Büyük bir kabus atlatan ve toplama kampında iki yıl geçiren ana karakter Leyla, binlerce kadının travma geçirmesine sebep olan büyük savaşın karanlık ve acı yüzünü okuyucuya içtenlikle anlatıyor.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
10/10 puan verdi
·
Beğendi
Böyle dehset verici bisey olamaz. Inanilir gibi degil. Gercekten bosnada yasanlar insan disi. Hayatimda bosna savasi ile ilgili okugum en etkili kitapdi. Zavalli kiz kac kere tecavüze ugradi. Yasanlar mide bulandirici.
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
304 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Müharibə mövzulu, üstəgəl qadın həyatından bəhs edən kitabların təsirindən uzun müddət çıxa bilmirəm. Kitabı bir müddət öncə oxuyub bitirmişəm, lakin indi haqqında yazmağa başladım. Kitab Bosniya soyqırımında gənc Leylanın başına gələnlərdən, əsir düşərgəsindəki acınacaqlı həyatından bəhs edir. Kitabı oxuduqca nə qədər görməmiş olsam da birinci Qarabağ müharibəsi, Xocalı soyqırımı canlandı gözümdə sanki... "Leyla" əsərini oxumusuz? Nə düşünürsünüz kitab haqqında?
Leyla
LeylaAlexandra Cavelius · Parlaq İmzalar · 20177,4bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.