Lizbon’da Gece

Erich Maria Remarque

Yorumlar ve İncelemeler

Tümünü Gör
270 syf.
·
Puan vermedi
·
Beğendi
Remark yaradıcılığında möhtəşəm bir xarizma və özünə məxsus bir orijinallıq var. Hər kitabını oxuduqca bu xüsusiyyətlər oxucunun canına incəliklə hopur. Onun yaradıcılığını mükəmməl edən faktorlardan biri də uzun uzadı təsvirlərə yol vermədən insanı çox düşünməyə, mahiyyətə varmağa sövq etməsidir. Lissabun gecəsi əsərindən ilk öncə sevginin mahiyyətini təşkil edən təməllərdən ən vacibi olan sədaqəti öyrənirik. Müharibənin, aclığın, arada olan uzaq məsafələrin, xəstəliyin, küskünlüyün, zamanın belə toxuna bilmədiyi sədaqəti öyrənirik. Mühacirlik həyatının çətinliklərini bəlkə də ən gözəl formada ifadə edən kitablardandır Lissabun gecəsi. Kitabın digər gözəl bir yanı da beyinləri qatan həddindən çox personajın olmaması və kitabda olan personajların arasında olan dialoqların çox keyfiyyətli, insana həyata dair nələrsə qatmağıdır. Hadisələrin çox axıcı olması və reallığı tam əks etdirməsi də oxumaqdan aldığımız zövqü daha da artırır.
Lizbon’da Gece
Lizbon’da GeceErich Maria Remarque · Güven Basımevi · 1953130 okunma
Reklam
284 syf.
7/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Lizbon’da Bir Gece’yi okurken, İnsanları Sevmelisin’in devamını okuyor gibi oldum. Kitabın sonsözünde öğrendim ki aslında bir dörtlemenin üçüncü kitabıymış. Ben sıralamada hata yapmışım. İnsanları Sevmelisin ile başlayan Zafer Takı ve Lizbon… ile devam eden, Cennetteki Gölgeler ile sona eren hikaye Avrupa mültecilerinin trajedisini başından sonuna
Lizbon'da Bir Gece
Lizbon'da Bir GeceErich Maria Remarque · Everest yayınları · 2019130 okunma
284 syf.
5/10 puan verdi
Lissabon gecəsi ilk dəfə olaraq 1961-ci ildə "World on Sunday"jurnalında nəşr olunur.Bu roman vaxtilə Almaniyada qəzet redaktoru işləmiş,faşistlərin hakimiyyətə gəlişindən sonra totalitar rejimin buxovlarına dözməyib almanlar tərəfindən hələ zəbt olunmamış Avropa ölkələrinə mühacirət etmiş şəxsin(II Şvarsın)yaşadığı didərginlik həyatı barədə digər almana Lissabonda bir gecənin içində danışdıqlarından ibarətdir. Nasistlərdən xilas olan başqa mühacir saxta amerika vizasına və iki biletə sahib olmaq üçün İkinci Şvarsın dediklərini dinləməlidir...
Lizbon'da Bir Gece
Lizbon'da Bir GeceErich Maria Remarque · Everest yayınları · 2019130 okunma
284 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Remarque’dan oxuduğum 2ci kitab idi amma bu kitab məni daha çox çəkdi sanki umumiyyətlə Remarque’n fərqli və maraqlı qələmi var Ən sevdiyim tərəfi isə təsvirlərə çox yer verməməsidir. Oxucunu yormur və sıxmır. Digər sevdiyim tərəfi də obrazların çox olmamasıdır. Obrazların dialoqları belə o qədər kefiyyətli gözəl qələmə alınıb ki Çox axıcı və maraqlı bir romandır. Düşünün bir insan sizə Müharibə dövründə iki bilet qarşılığında sadəcə 1 gecənizi onunla keçirməyinizi,onun yaşadıqlarını dinləməyinizi təklif edir.Amma unutmayın ki, o dövürdə bu iki bilet böyük bir sərvətdən qat qat dəyərli idi.Bu romanda həmçinin maraqlı bir eşq hekayisi də var. Digər sevgilər kimi hər dəqiqə xoş söz sözlər söyləməyən amma hər zaman bir birlərini düşünən, bir birləri üçün hər şeyi edə biləcək iki nəfərin eşqini oxuyacaqsınız. Qısacası sözlə deyil, hərəkətləri ilə bir birlərinə sevgilərini göstərən iki nəfərin hekayəsidir.Roman sadəcə sevgidən bəhs etmir. Müharibə dövründən, insanların yaşadığı çətinliklərdən necə bir insan deyilmiş kimi öldürüldüklərindən də bəhs edir.
Lizbon'da Bir Gece
Lizbon'da Bir GeceErich Maria Remarque · Everest yayınları · 2019130 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.