Lənətə Gələnlər

Rövşən Yerfi

Lənətə Gələnlər Sözleri ve Alıntıları

Lənətə Gələnlər sözleri ve alıntılarını, Lənətə Gələnlər kitap alıntılarını, Lənətə Gələnlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Ancaq,həyat heç də həmişə şirin olmurdu.Allah şirini yaradanda acını da unutmamışdı.Bəndəsinin yaradanından nə istədiyini anlaması,ayırd edib şükür etməsi üçün.
Sayfa 112Kitabı okudu
Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”, nə qədər doğru fikir imiş,
Reklam
Öz obasında, torpağında ölərsə onu xatırlayan olacaqdı, oğulları böyüyüb xatirəsini yaşadacaq, ata mülkünə sahiblik edəcəkdilər. Burda, yadlar içində isə  unudulacaqdı, uşaqları da onun yox, özgə  millətin oğullarına çevriləcəkdilər. Belə günahlarla dolu həyatın belə də sonluğu  olmalı idi.
mənim kimi vətəni üçün darıxardı. Həmişə deyərdi ki, xalqını və torpağını qiymətləndirməyi bacarmayanlar, haqqı unudub təkcə cəmdəkləri üçün yaşayanlar Allah tərəfindən lənətlənmiş olurlar. 
Heç kim də bundan ötrü nə utanmır, nə əzab çəkmir. Əksinə, hünər, fəxr,  qabiliyyət hesab edilir. Təmiz, vicdanlı yaşayana maymaq, əfəl kimi baxırlar.
Reklam
“Ay balam, mən vəzifə istəmirəm ki, rüşvət  verəm, hamballığa da rüşvət?”
Uşaqlar üst-başlarını dəyişib, bağçadakı meyvələrə girişdilər. Daim üzücü, cansıxıcı görünən ev-eşik birdən-birə sanki, ətə-cana dolmuş, yaraşıqlaşmışdı Çəməngülün gözlərində: - Allah sizə kömək olsun, gəlib evimi, canımı kimsəsizlikdən qurtardız!
 Mən də heç olmasa ölən vaxtımda bir gün  görərəm, gözü yolda ölmərəm…
Həyatda özünə nələr arzulamışdı... Çox heyflər ki, o arzuları daha tamamilə puç olmuşdu. 
Reklam
- Qurban olum sizə, bu bədbəxtə iş tapın, bir yana çıxsın. Yazıqdı, ailəsi, balaları var. Evdə Aynanın qınağından yorulan Əhməd qaynanasının qarşısında and-aman edirdi: - Xala, vallah-billah, dəfələrlə iş yeridemişəm, hərəsinə bir bəhanə edir, qulp qoyur. Canım üçün bunun işləməyə könlü, həvəsi yoxdur. İstəsə, baxmaz pisə, yaxşıya işləyər. Bir işə deyir pulu azdı, o birisinə deyir gücüm çatmaz, digərinin yeri uzaqdı.
Ölümünü gözləməkdən savayı nə  edəbiləcəkdi? 
- Bəs bunlara dilimizi öyrətməmisən?  Zəifsən...
Həyat ki, belə çətinləşmişdi, bu gündən sabaha ümid qalmamışdı.
25 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.