Ən çox sevdiyim müəlliflərdən olan Jül Vernin bu kitabında hadisələr Cənubi Amerikanın cənubundakı Magellan boğazı vasitəsilə materikdən ayrılan və məşhur səyyahın adı verilən adalar qrupunda baş verir. Baş obraz haqqında yerlilərin heç bir məlumatı yoxdur, yalnız yaxşılıqlarına görə ona "Xeyirxah" adını veriblər (Kaw-djer). Bu şəxsin bir şüarı da var:"Nə Tanrı, nə ağa!". Yəni o, kommunistdir...
Jül Vern bu obraz vasitəsilə kommunizmə yanaşmasını da ortaya qoyur. İdeoloji və coğrafi cəhətlər bu əsərdə qabarıqdır. Ümumilikdə kitabı bəyəndim, lakin, fikrimcə, Vernin şahəsəri sayıla bilməz.