Jonathan Livingston bir qağayıdır, amma digər qağayılar kimi tək dərdi yemək deyil. O özünü inkişaf etdirmək, digər qağayılar kimi yox daha yaxşı, daha yüksəkdən uçmaq istəyir. Bunun üçün gecə-gündüz çalışır. Bunu öyrənən digər qağayılar bunu qəbul etmək istəmirlər və Jonathani qovurlar. O isə sərhədlərini zorlamaqda qərarlıdır, geri çəkilmək fikiri yoxdur.
Jonathanin timsalında yazıçı bizlərə səslənir. İnsanlar belədir, özlərindən daha yaxşısını gördükdə, ondan daha yaxşı işlər bacaran birini gördükdə bunu qəbul etmək istəmir. Cəmiyyət də heç də hər zaman özünü inkişaf etdirən insanların yanında olmur. Ona qarşı cixanlar çox olur, ancaq bütün bunlara baxmayaraq davam edənlər qalib ola bilir. Qağayı Jonathan bizə bunu deyir. Əlindəkilərlə kifayətlənmə, hər zaman daha yaxşısı olmaq üçün çalış, sərhədlərini aş, kimsəyə qulaq asma. Olmalı olduğun insana çevril və inandığın şey uğrunda mübarizə apar. Qarşına çox əngəl çıxacaq, sənə inanmayan çox insan olacaq, amma sən özünə inan.