Materyalizme Eğilim Nedenleri

Murtaza Mutahhari

Quotes

See All
Walter Oskar Lindbergh
"Elmi araşdırmalarda bəzi alimlərin diqqətinin Allahın dərk edilməsinə yönəlməməsinin müxtəlif səbəbləri var. Biz onlardan ikisini qeyd edəcəyik: birinci səbəb budur ki, çox vaxt despot siyasi şərait, yaxud ictimai şərait və ya ölkənin quruluşu yaradanın mövcudluğunu inkar etməyi tələb edir. İkincisi, insanın fikri həmişə bəzi fantaziyalann təsiri altında olur və şəxs heç bir ruhi və fiziki əzaba malik olmasa da, onun zehni düz yolu seçməkdə tam azad olmur. Xristian ailələrdə uşaqların çoxu ömürlərinin ilk illərində insana oxşayan bir allahın varlığına - məsələn, insanın Allahın şəklində yaradılmasına - iman gətirirlər. Bu şəxslər elmi mühitlə əlaqə qurandan və elmi məsələləri öyrənmək və təcrübədən keçirməklə məşğul olandan sonra Allah barəsindəki bu antropomorfizm və zəif anlayış, məntiqi dəlil və elmi məfhumlarla bir araya sığmır. Nəticədə, hər hansı bir uzlaşma tapmaq ümidi tam itǝndən sonra Allah anlayışı da tamamilə tərk edilir və zehin səhnəsindən kənarlaşdırılır. Bunun əsas səbəbi məntiqi dəlil və elmi təriflərin bu şəxslərin əvvəlki vasitəsiz bilgi və inanclarını dəyişməməsidir. Allaha gətirilən imanda əvvəl səhvə yol verilməsi hissi, həmçinin digər psixoloji amillər şəxsin bu məfhumun naqisliyindən qorxmasına və teizmdən üz döndərməsinə səbəb olur".
İnsanın sahib olduğu instinktlərindən biri də həqiqət axtarışı, bilik axtarışı və araşdırma hissidir. İnsanlan nə vaxtsa müvəqqəti olaraq tədqiqat, bilik və araşdırmadan yayındırmaq olar, amma insanın həqiqət və bilik axtarışı istəyinin qarşısında həmişəlik dayanmaq olmaz.
Sayfa 146Kitabı okudu
Reklam
Səbzəvari "Mənzumə"dən
Hikmət və lütfün tələbi bütün mümkün varlıqları hədəfinə çatdırmaqdır.
Sayfa 132Kitabı okudu
Allahın istəyinin mütləq olmasının mənası Onun istədiyi şeyin O istəyən şəkildə - istəyinin həyata keçməsi Özündən kənar bir işdən asılı olmadan - həyata keçməsidir. Buna görə də əgər O, hər hansı bir şeyin birdən-birə mövcud olmasını istəsə, həmin şey ani olaraq və qəfildən yaranar və əgər hər hansı bir şeyin tədricən vücuda gəlməsini istəsə, həmin şey tədricən yaranar. Bu, həmin şeyin vücudunun necə vücud olmasından və Allah-taalanın onun necə vücuda gəlməsini istəməsindən asılıdır.
Filosoflar sübuta yetiriblər ki, tədricən yaranan şeylərin vücuda gəlməsi tədricilikdə məhdudlaşır və varlığın başqa bir növü, yəni sabit və qəfil yaranma onlar üçün qeyri-mümkündür. Deməli, obyektin qabiliyyəti də tədriciliyi tələb edir. Molla Sədra aləmdə "substansional hǝrǝkǝt" adlanan bir hərəkət növünün mövcudluğunu isbat edib. Substansional hərəkət prinsipinə əsasən, təbiǝtdə sabit bir şey yoxdur və ola da bilməz: təbiətdə hər şey tədrici varlığa malikdir və bundan başqa cür ola da bilməz. Filosof olmaqla yanaşı, həm də arif olan Molla Sədranın zehninə heç vaxt bu fikir gəlməyib ki, dünyada nə vaxtsa əzəli ilahi elmin, yaxud əzəli ilahi istəyin bütün varlıqların qəfil vücuda gəlməsini tələb etdiyini güman edən insanlar peyda olacaq.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.