Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mavi Boyalı Ev

Rəvan Cavid

Mavi Boyalı Ev Sözleri ve Alıntıları

Mavi Boyalı Ev sözleri ve alıntılarını, Mavi Boyalı Ev kitap alıntılarını, Mavi Boyalı Ev en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Axşamüstü piyada
Sübhdən dua edirəm, ovcuma su yığanda, günəşə əl eləyib səhər evdən çıxanda, reklam lövhəsindəki gülən qıza baxanda, elə bilirəm, gələcəksən... Çək günəşi şəhərin yuxulayan gözündən, ay işığı dənizdə, su şəhərin dizindən, səni yenə görürəm göyün ay bənizində, elə bilirəm, gəlmisən... Kafedə soyuq çaxır, dilimlənmiş almalar, eyni yer, eyni masa, gəlib-gedən adamlar, hər şey eləcə köhnə, hər şey eləcə... amma... gözlədim, gəlmədin... İşığı yanan evlər, magistral, səkilər, yorulan qarışqalar evlərinə çəkilər, qulağımda mahnılar, telefonda şəkillər; ümid var - gələcəksən!
Bu gün genç şairlerimizden Revan Cavidin doğum günü. En sevdiyim şiiri bu :)
Kimə desəm, inanmır – dənizə qar yağmışdı, qağayılar mavidi, mandarinlər çəhrayı. Kimə desəm, inanmır – səni çağırmaq azan, səni gözləmək səcdə, səni sevmək bir ayin. Kimə desəm, inanmır –
Reklam
Balvedəki Məryəmə məktub
Bu şəhər unutdu Bakı olmağı, dönüb bir sən oldu durduğu yerdə. Neçə illər imiş qadın qururmuş Allah bu şəhəri qurduğu yerdə. bu şəhər Allahın Məryəmi bəlkə, bəlkə buna görə, məhz buna görə, "bakirə” sözünə yaxındı Bakı.