Hər şey ya ağ, ya da qaradır. Hər şey dəqiq və müəyyəndir. Lakin həyat, madmazel, çətindir.
Agata Kristinin oxuduğum ilk əsəridir. Dedektiv oxumağı o qədər sevməsəm də, düşünürəm ki, Agata Kristi mütləq oxunmalıdır. Əsərlərində sirrin sonuncu səhifələrdə ortaya çıxdığını, heç düşünülməmiş birinin olduğunu eşitmişdim. İndi isə şahidi oldum.