Təsəvvür edin, sizə həyata keçəcək üç arzu şansı verilib. Arzuladığınız hər şeyi istəyə bilərsiniz. Ancaq acı nəticələrlə qarşılaşmalı olacaqsınız. İnsan olaraq, demək olar ki, əlimizdə olanlarla qane olmuruq, rahat yaşam şəraitimiz olsa belə, yenə nələrəsə ehtiyac duyuruq. Əgər biri üç arzumuzu yerinə yetəcəyi bir şeylə gəlsə,kim onu dəyərləndirmək istəməzdi ki?
Hekayə qorxu janrında yazılıb, qısa, rahat və maraqlıdır. Kitabda həyatımızda nə istədiyimizə düzgün qərar verməli olduğumuz, istəklərimizlə ehtiyyatlı olmaq xəbərdarlığı göstərilib.