Məbədin Sükutu

Aqşin Yenisey

Newest Məbədin Sükutu Quotes

You can find Newest Məbədin Sükutu quotes, newest Məbədin Sükutu book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Ona elə gəlir ki dünyanın harasısa həmişə müharibə meydanıdır və bütün xalqlar növbə ilə gedib orada it kimi boğuşurlar.
- Məsələn, biri elə mən, nə qədər faşist öldürməliyəm sizin üçün ? + Yaxşı döyüşsən beş-altısını gəbərdə bilərsən... - Olmaz ki, elə faşistləri gətirəsiniz, biz kənddə yabalayıb öldürək ?
Reklam
Şəkil çəkdirmək istəyi insanın əbədiləşmək yanğısıdır.
Arvadın deyingənliyini çıxmaq şərtilə həyat Kür çayı kimi axırdı.
Sonra məlum oldu ki, sən demə, orada da Anar müəllim var və dövlətin büdcəsini ədəbiyyat naminə yağmalayan Yazıçılar Birliyinin əliqəlyanlı ömürlük sədridir.
Onun ilk inqilabı evdəkiləri bərk əsəbiləşdirib, bütün qohum-qonşu, Tümendə buruq qazan dayıları, İstanbul bazarında ət alverinə baxan əmiləri, Kamçatka yarımadasında tək-tənha ərdə olan xalası, bir sözlə bütün dünya Azərbaycanlıları yığılıb gənc şairə adının dalına doğma torpaqdan bir ad götürmədiyi üçün itin sözünü deyiblər, elin xeyir-şər məclislərində itdən alıb, itə veriblər.
Reklam
Az sonra Azərbaycan dilində danışmağa başladı, ilk dediyi söz "oğraş" idi. Hər bir dilin ilk yadda qalan sözləri söyüşlərdir.
Vizyon desen var
Yadımdadır, bizim kənddə cavanların çoxu ona görə kitab oxuyurdular ki, şəhərə gəlib televizorda gördükləri Hind kinosunun vurağan qəhrəmanı Ciminin əynindəki adına rancit deyilən ağ parçadan tikilmiş şalvardan geyinsinlər və təzədən kəndə qayıdıb özlərini xeyir-şər məclislərində qız-gəlinə göstərsinlər.
40 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.