Geri Bildirim

Mehr ve MüşteriEssar Tebrizi

·
Okunma
·
Beğeni
·
117
Gösterim
Adı:
Mehr ve Müşteri
Sayfa sayısı:
135
Kitabın türü:
Yayınevi:
Bakı
Mehr və Müştəri - 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi janrında formasında yazılmış romantik poemadır. Əssar Təbrizi “Mehr və Müştəri” poemasının mövzusunu “Mehru-mah” adlı xalq dastanından almışdır.
Qeyd:Əsərin sonuna aid məqamlar var(Spoiler içerir)
14-cü əsrin Nizami ədəbi məktəbinin davamçılarından olan şairlərindən biri də Əssar Təbrizidir və bildiyimiz üzrə ədəbiyyatımızda onu tanıdan əsəri də Mehr və Müştəridir.Əssar Təbrizi burada Mehr və Müştərinin möhkəm dostluq macərasını və onların ətrafında cərəyan edən hadisələri bizə açıb göstərir.Əvvəla klassik əsərlərin çoxunda olduğu kimi burada da əsər padşah və vəzirin övladsızlıq dərdi ilə başlanır,ov zamanı onlar nurani qocaya rast gəlirlər qoca onlara bir parça çörək verərək öz xanımları ilə yemələrini söyləyir.Bu hadisədən bir neçə müddət sonra hərəsinin bir oğlu olur və bunlar eyni məktəbə gedirlər.Möhkəm dost olurlar.Əsəri oxuyarkən iki dostun bir birinə sevgi sözləri sanki oxucuya aşiq məşuq hissi verir lakin buradakı sevgi sırf təmiz,saf dostluq sevgisidir.Burada Bəhram obrazı mənfəətçi,xudbin,pisxasiyyət insan kimi göstərilir.O gələcəkdə vəzir olmaq naminə padşaha Müştərini pisləyir.Padşah da buna inanır və onları məktəbdə ayırır.Uzun müddət sonra hadisələr elə gətirir ki Müştəri və Mehr ən sonunda görüşürlər.Mehr atasının yerinə padşah keçir Müştəriyə vəzirlik vəd edir lakin Müştəri sadəcə onun dostu olaraq qalır və dərviş həyatı sürür.
Burada Mehr və Nahid adlı bir xətt də gözə çarpır.Bu hissədə Nizaminin "Xosrov və Şirin" əsərinə bənzərlik hiss olunur.Mehrə Nahid haqqında tacir Şərəfin danışması, Xosrova da Şapurun Şirin haqqında danışması bənzərlikdir.Əsərdə Keyvan şah və arvadı Şəməbanu Mehri görür,qəlblərində ona qarş rəğbət yaranır.Nahid də gizlicə Mehri görür və ona vurulur.Burada Mehrə başqa rəqib çıxır.Belə ki Nahid ilə evlənmək istəyən Ulduz və atası Qaraxan döyüşdə məğlub olur.
Əsərdə dostluq sevgisi daha ön plana çəkilmiş,məhəbbət qismi az yer tutmuşdur.Əsər yenə də nəzmlə yazılmışdır və yenə də oxumaq üçün səbr tələb olunur.Mövzu maraqlıdırmı?Maraqlıdır.Lakin bəzi bölümlər xüsusən də Mehr və Müştərinin ayrılıq qismi həqiqətən oxucunu yorur.Amma ümumi oxumağa da dəyən əsərlərdəndir
Kitaba henüz alıntı eklenmedi.

Kitabın basım bilgileri

Adı:
Mehr ve Müşteri
Sayfa sayısı:
135
Kitabın türü:
Yayınevi:
Bakı
Mehr və Müştəri - 1376-cı ildə Əssar Təbrizi tərəfindən fars dilində məsnəvi janrında formasında yazılmış romantik poemadır. Əssar Təbrizi “Mehr və Müştəri” poemasının mövzusunu “Mehru-mah” adlı xalq dastanından almışdır.

Kitabı okuyanlar 2 okur

  • Çokorella
  • Arzu Əliyeva

Kitap istatistikleri

Okur puanlamaları

10
%0
9
%100 (1)
8
%0
7
%0
6
%0
5
%0
4
%0
3
%0
2
%0
1
%0