Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məhəmməd Peyğəmbərin Liderliyi

John Adair

Sözler ve Alıntılar

Tümünü Gör
Bir-biri ilə yaxından bağlı olan və üst-üstə düşən bu (yuxarıdakı) üç vəzifəni yerinə yetirmək üçün yüksək qabiliyyət tələb olunur. Burada "xidmət" düşüncəsi də vacib əsaslardan biridir. Həzrət Məhəmməd “Xalqın lideri ona xidmət edəndir" düsturunu yaxşı bilirdi. Bunun sadə bir nümunəsini bir səfərdə səhabəsinə xidmət edərək göstərmişdi.
Həzrət Məhəmməd gündəlik ev işləri də daxil olmaqla hər cür işi görməyə həmişə hazırdı. Ona xidmət edən Ənəs ibn Malik deyir: "Mən ona xidmət etmək əvəzinə, daha çox o mənə xidmət edirdi! Heç vaxt mənə qəzəblənməz, əsla sərt rəftar etməzdi".
Reklam
Təkəbbürlü insanlar özlərini həddən artıq dəyərli saydıqlarına görə çiyinlərinə layiq olmadıqları güc və səlahiyyəti götürürlər. Əksinə, təvazökar insanlar lazım olan şeyləri bilir, lazım olmayanları bilmirlər. Bacarıq və qabiliyyətlərinin sərhədlərini yaxşı anlayırlar. Hansı işi bacardıqlarını və ya bacarmadıqlarını düzgün müəyyənləşdirirlər. Nəticə etibarilə, məsləhət və tövsiyələrə ehtiyacları olmasa belə əhəmiyyət verirlər.
Sayfa 107Kitabı okudu
Həzrət Məhəmməd dürüstlüyü ilə şöhrət tapmışdı. "Dürüstlük" bütün müsəlmanların xarakterik xüsusiyyəti olsa da, elə bil Həzrət Məhəmmədin əyninə biçilmişdi. Çünki "dürüstlük" mükəmməl cüzlərdən ibarət mükəmməl bir küll deməkdir. Müsəlmanların bir sözü var "İnsanlar daşlara bənzər, Həzrət Məhəmməd isə o daşların arasında parlayan bir yaqutdur".
Bir karvana rəhbərlik etmək və ya hansısa bir sahədə lider olmaq güclü mühakimə qabiliyyəti və praktiki zəka (fərasəti) tələb edir. Belə ki, lider gərək hadisələrin nəticələrini əvvəlcədən təxmin etməyi bacarsın, nəticəyə görə düzgün qərarlar versin, qərarlarında qətiyyətli və sabitqədəm olsun.
Vəzifənin/məqamın da, biliyin də öz gücü var. Həqiqi güc bilikli insanda olur. Xalqın dərdlərinə şərik olmaq isə liderə yüksək bir fəzilət ərməğan edir ki, o da mənəvi gücdür.
Reklam
• Lider həmişə öndə olmalıdır. Həyatda və ünsiyyətdə lider bəzən sürünün arxasından gələn çoban kimi illah da ön sıralarda addımlamaq məcburiyyətində deyildir. Əsl lider mənən toplumun qabağında irəliləyən, yəni toplumu ən öndən idarə edən şəxsdir.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.