Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məhsəti

Cavi Dan

En Beğenilen Məhsəti Sözleri ve Alıntıları

En Beğenilen Məhsəti sözleri ve alıntılarını, en beğenilen Məhsəti kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Rübai
Könlümə yar oldu bu gecə dilbər Yalqız gecələrdən şikayət eylər Ey gecə, kədərim olsan da, getmə Səadət də olsan, gəlmə, ey səhər!
Sayfa 253Kitabı okudu
Və mən dünyaya lazım olmaq istəyirdim...
Bütün dünya yalanla nəfəs alıb-versə belə, varlığımın tam qüvvəsi ilə yola çıxıb həqiqət aramaq istəyirdim.
Reklam
Bəndədən və yaxud hər hansı bir başqa canlıdan qorxmaq miskinlikdən, rəzalətdən, cahillikdən başqa bir şey deyil...
Həyat böyük bir şahmat lövhəsidir mənim üçün...
Mən çox az qisim insanlardanam ki, həyatımın ağından qarasına, qarasından ağına səmavi bir ahənglə atlamağı bacarıram...
Biz ancaq başqaları üçün yaşaya bildiyimiz vaxtlarda Allaha daha yaxın oluruq. Özümüz üçün, yalnız özümüzün xoşbəxt və məmnun olmağımız üçün, özümüzün xətrinə atdığımız hər bir xırdaca addım belə şeytana tərəf aparır. Yaxşı əməllərimizi onların nəticələrinə bağlanmadan həyata keçirməliyik...
Reklam
Məni kam almağa qoymadı zaman, Gücü çatan qədər elədi divan. Deyəsən, əhd etmiş, dolandıqca hey Məni də özüylə hərlətsin dövran.
Sayfa 5 - 1Kitabı okudu
Qəminin eşqiylə cahana gəldim, Canımı eşqinə qurbana gəldim. Bu könlüm qəminin məkanıdır yar, Qəmini çəkdikdə mən cana gəldim.
Axı Şeyx Cəmal deyirdi ki, bir insan başqa bir insandan yalnız öz idrakı ilə güclü ola bilər, idraksız və elm elmsiz adam qolsuz-budaqsız və çarəsizdir Yer üzündə.
Sən bilmirsən deyilməyən sözün gücü deyilən sözün gücündən nə qədər çoxdur. İki insan yanaşı oturub susursa, bu vaxt ərzində bir-birinə daha çox fikir ötürürlər amma özləri bunu hiss etmirlər. Ayrılıb hərə öz işinin arxasınca getdiyi zaman isə artıq əvvəlki kimi ola bilməzlər,çünki zərrə qədər belə olsa, hər birisi digərinin demədiyi sözlərə bulaşmış olur. Günəşin özünə toxunmadan işığına bulaşmaq kimi bir şeydir bu.
43 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.