Mələk

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
132 syf.
7/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
2023-ün son günlərindən hər kəsə salam. Bu gün çoxlarımızın Qaraqan kimi tanıdığı Elxan Zeynallının "Mələk" əsərindən bəhs etmək istəyirəm. Kitab çox mübahisələrə səbəb olmuş və onu oxuyanları iki hissəyə bölmüşdür. Bunun səbəbi isə əsərin şizofreni olub-olmaması ilə bağlıdır. Əsər kifayət qədər maraqlı idi. Sadəcə sujet xətti çox yavaş irəliləyirdi. Amma sona doğru maraq artmağa başladı. Kitabda rüşvətxorluqdan, insanların necə bu qədər daşürək olub özlərindən başqa heç kimi düşünməməsindən, pulun, var-dövlətin gözlərinin önünə pərdə çəkməsindən, yüksək təbəqənin övladlarının pulla hər şeyi əldə edə biləcəklərini zənn etməsindən bəhs edilir. Vaxt itkisi olmadığını düşündüyüm, oxumağa dəyər bir kitabdır. Xoş mütaliələr. 7/10
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
Reklam
132 syf.
10/10 puan verdi
·
25 saatte okudu
Qaraqan'nın oxuduğum ikinci kitabı oldu mələk və çox bəyəndim.Qaraqa'nın fikirləri ,mahnıları mənim üçün həmişə özəl olub. Bu kitabı oxuduqdan sonra mələk adlı mahnsına qulaq asmaq bir başqadı. Kitabda dünyalar gözəli Mələk'dən bəhs edilsə də Azərbaycan xalqının bir çox mənfi xüsusiyyətləridə qələmə alınmışdır. Həmçinin rüşvət,məmurların özbaşnalığı,məmur balalarının qudurğanlığı,qara cammaat adlandırdığı xalqın bir türlü oyanmaması kimi mövzular da öz əksini tapmışdır.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
"Mənim şəhərim qırır körpə qanadları.."
Bakının küləyi qəzəblənəndə çox şeyləri qırır, ora-bura sovurur. Amma müəyyən zaman sonra hər şey qaydasına düşmürmü? Bəs Bakının o biri "Küləyi"? Həmin külək ki, sadəcə və sadəcə körpə qanadları qırır. Öldürür, əzir, tapdalayır. Yox, yox bu sonradan onu bərpa etmək olmur.. Qaçmalı olanın ayağını kəsir, uçmalı olanın qanadını sındırır,
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
·
Puan vermedi
Azərbaycan xalqının düşüncə tərzini bəyənməyən həmçinin xalqına dəyər verən onları yatmış yuxudan oyatmaq istəyən bir adam. Mənə elə gəldi ki Allaha bağlanmaq az da olsa mələklərə inanmaq ehtiyacı hiss etdiyi üçün bu kitabı qələmə alıb. Göydən düşmüş qanadı əzilmiş mələyə necə yaxşı davranan bir rol, mələyə zülm edən rollar. Yaxşı və pis, bizə yaxşını və pisi göstərməyə çalışır. Və bəzən çətin anında birdən hamı sənə kömək etmək istəyəndə sonunda görürsən ki, əslində hamı özünü düşünürdü. Azərbaycanın müəyyən problemlərini ortaya qoymuş onun üzərində çox yaxşı şəkildə işləmiş və səni oyatmaq istəyən birisi var, onu eşit. youtu.be/UbJpj-ITq4Q
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
Reklam
132 syf.
7/10 puan verdi
Qaraqanın "Mələk" adlı kitabında Azərbaycanın "qaranlıq", "görünməyən" tərəfindən bəhs olunur, pul hərisliyi ilə insanların necə azğınlaşmasını, pul çirkabında batmış insanların ağılasığmaz hərəkətlərini çox gözəl formada oxuyuculara çatdırmışdır. Hündür hasarların arxasında baş verənlərin necə də iyrənc olduğunu bizlərə çatdırmış və ölkənin yuxarı təbəqəsinin iç üzünü ortaya qoymuşdur.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
9/10 puan verdi
·
Beğendi
Kitab fantastika janrında olsa da əslində insanların necə vəhşiləşdiyini və onların iç üzlərini açıb göstərir. Düşünürəm ki, bu kitabı çox sevəcəksiniz.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Qaraqanın yaradıcılığından oxuduğum, ikinci kitab oldu Mələk.Kitabın dili, o qədər gözəldir ki, oxuduqca oxumaq istəyirsən.Əsərdə insanların acgözlüyü, öz şəxsi mənafeyi uğrunda başqalarını düşünməməsi, şəhvət hissinə qapılan insanların bədbəxtliyi,məmurların və onların əlaltılarının şərəfsizliyi, şöhrət qazanmaq üçün başqasını ələ vermək kimi hadisələr göz önündə canlanır.Burada ən saf hissə isə adı verilməyən aşiqin,Mələyi dərin məhəbbət ilə sevməsi idi.Buna görə də,bu aşiqi yuxarıda sadaladığlarımın içində vermek istəmədim.Bunlardan başqa, xalqın cəhaləti, mollaların, axundların özlərini dinçi kimi təqdim edib,əslində heç bir şey bilməməsi göstərilir.Kitabı oxuduqdan sonra, Qaraqanın niyə ölkəni tərk etdiyini və niyə qayıtmaq istəmədiyini anladım.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
·
Puan vermedi
·
13 saatte okudu
Qaraqanın kitabları həqiqətən bir başqadır, baxmayaraqki yazarın oxuduğum ikinci kitabı oldu. Burada yerə enən mələk üzərindən ona edilən rəftara dayalı olaraq millətdəki ümumi problemlərə toxunulur. Tipik rüşvətxor ailə, özbaşına məmurlar və azğın övladları, məmurların əlaltısı olan polislər, öz təbliğ etdiyi dini mövzulara inanmayan axund... Və bunların ən başında yer alan, oyanmaq istəməyib sadəcə şəxsi mənfətlərini güdən XALQ.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
Reklam
132 syf.
·
Puan vermedi
·
16 saatte okudu
Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
10/10 puan verdi
·
Beğendi
Qaraqan
Bala, lap tutaq ki, sənin danışdığın hekayə düzdür, tutaq ki, elə bir Mələk var! Mən bu qoca yaşımda sənə necə kömək edə bilərəm ki? Bu məscid çox insan üçün son ümid yeridir. Bəs onlar əsəbiləşib buranı bağlasalar? Onda necə olacaq? Qaranlığı məhv etmək üçün əlindəki yeganə şamla hücuma keçə bilməzsən. Çünki o sönsə ikinci şamı heç cürə yandıra bilməzsən. İman da ürəklərdə yanan şamlardır. Birdən alışmaz, birdən işıq salmaz, damla-damla, ovuc-ovuc yayılar,çoxalar! Hər kəs öz şamını tutmalıdır. Mən ona diqqətlə baxıb pıçıltı ilə son sözləri dedim: - Mələyi zorlayırlar , siz də şam tutursuz ...
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
·
Puan vermedi
QARAQAN-MƏLƏK (21.03.23) UZUN ZAMANDIR OXUMAĞI PLANLAŞDIRDIĞIM MƏLƏYİ OXUYUB BİTİRDİM. ÖNCƏLİKLƏ VURĞULAMAQ İSTƏRDİM Kİ, KİTAB FANTASTİK JANRDA YAZILMIŞ OLSADA MƏLƏK OBRAZINDAN BAŞQA FANTASTİK OLAN HEÇ NƏ YOXDUR. QARAQANIN OXUDUĞUM ƏSƏRLƏRİNDƏ (A ROMANI, MƏLƏK, BİR MİLYON DOLLARIM OLSAYDI) DAİM ƏDALƏT AXTARIŞINDA OLAN OBRAZLAR
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
7/10 puan verdi
·
6 saatte okudu
Insanların necə vəhşi olduqlarını bu kitabda çox rahatlıqla görə bilərsiniz, insanlara olan nifrətinizi daha da çoxalda bilərsiniz, günümüzdə, xalqımızda da necə insanların olduğunu və onlarla qarşılaşma ehtimalı olduğunu görə bilərsiniz. Fantastik janrda olsa da millətin alcaqlığını yaxşı qələmə alıb Qaraqan. Bir növdə tanrıya inanmağa çağıra bilər insanları bu əsərlə. Nə qədər fantastik olduğunu desəm də Allahın göstərdiyi möcüzələrdən bəhs edir və bu reallıq sayıla bilər bir baxışla. Söz üstündə fantastika. Bəyəndim mən sizdə bəyənə bilərsiz. Təşəkkürlər.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
132 syf.
·
Puan vermedi
Qaraqan, mələk kitabı
Kitabı təxminən 90 dəqiqəyə bitirdim, sürətli gedirdi. qaraqanın axırıncı dəfə oxuduğum addım trilogiyasından fərqlənirdi. kitabda insanların hər şeyi öz mənafeyəsinə görə etdiyi, təmiz qəlbli kəslərin yox deyəcək qədər az olduğu deyilirdi. Azərbaycan cəmiyyətinin dünyasının sadəcə özlərindən ibarət olduğu, rüşvətlər, vəzifəli insanların digər təbəqədən fərqlənməsi gözə çarpırdı. mənə də təsiri oldu, çünki əksər insanlar kimi məndə çox vaxt öz dünyamda yaşayıram bir az passivəm və bəzən digər insanların fikrinin təsirinin altına düşərək qəlbimlə yox onların istədiyi tərzdə hərəkət edirəm. daxilimin dəyişməməsi üçün çalışıram, bəli biz dəyişirik bir şəxsiyyət kimi formalaşırıq amma qəlbimizi,hislərimizi unutmamalı və kiminsə xoşuna gəlmək üçün dəyişdirməməliyik. Daha çox özlüyümdən çıxardığım nəticəni dedim , hər kəsin baxış açısı fərqlidir,kitabdan başqa nəticə çıxara bilər. Odurki dəyərli vaxtınızı ayırıb bu kitabı oxuyun, sanki daxilinizin nə yerdə olduğunu yoxlayırsınız. 29.01.2024
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,517 okunma
Resim