Mələk

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
132 syf.
10/10 puan verdi
·
25 saatte okudu
Qaraqan'nın oxuduğum ikinci kitabı oldu mələk və çox bəyəndim.Qaraqa'nın fikirləri ,mahnıları mənim üçün həmişə özəl olub. Bu kitabı oxuduqdan sonra mələk adlı mahnsına qulaq asmaq bir başqadı. Kitabda dünyalar gözəli Mələk'dən bəhs edilsə də Azərbaycan xalqının bir çox mənfi xüsusiyyətləridə qələmə alınmışdır. Həmçinin rüşvət,məmurların özbaşnalığı,məmur balalarının qudurğanlığı,qara cammaat adlandırdığı xalqın bir türlü oyanmaması kimi mövzular da öz əksini tapmışdır.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
Reklam
132 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
"Mənim şəhərim qırır körpə qanadları.."
Bakının küləyi qəzəblənəndə çox şeyləri qırır, ora-bura sovurur. Amma müəyyən zaman sonra hər şey qaydasına düşmürmü? Bəs Bakının o biri "Küləyi"? Həmin külək ki, sadəcə və sadəcə körpə qanadları qırır. Öldürür, əzir, tapdalayır. Yox, yox bu sonradan onu bərpa etmək olmur.. Qaçmalı olanın ayağını kəsir, uçmalı olanın qanadını sındırır,
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
·
Puan vermedi
Azərbaycan xalqının düşüncə tərzini bəyənməyən həmçinin xalqına dəyər verən onları yatmış yuxudan oyatmaq istəyən bir adam. Mənə elə gəldi ki Allaha bağlanmaq az da olsa mələklərə inanmaq ehtiyacı hiss etdiyi üçün bu kitabı qələmə alıb. Göydən düşmüş qanadı əzilmiş mələyə necə yaxşı davranan bir rol, mələyə zülm edən rollar. Yaxşı və pis, bizə yaxşını və pisi göstərməyə çalışır. Və bəzən çətin anında birdən hamı sənə kömək etmək istəyəndə sonunda görürsən ki, əslində hamı özünü düşünürdü. Azərbaycanın müəyyən problemlərini ortaya qoymuş onun üzərində çox yaxşı şəkildə işləmiş və səni oyatmaq istəyən birisi var, onu eşit. youtu.be/UbJpj-ITq4Q
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
7/10 puan verdi
Qaraqanın "Mələk" adlı kitabında Azərbaycanın "qaranlıq", "görünməyən" tərəfindən bəhs olunur, pul hərisliyi ilə insanların necə azğınlaşmasını, pul çirkabında batmış insanların ağılasığmaz hərəkətlərini çox gözəl formada oxuyuculara çatdırmışdır. Hündür hasarların arxasında baş verənlərin necə də iyrənc olduğunu bizlərə çatdırmış və ölkənin yuxarı təbəqəsinin iç üzünü ortaya qoymuşdur.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
Reklam
132 syf.
9/10 puan verdi
·
Beğendi
Kitab fantastika janrında olsa da əslində insanların necə vəhşiləşdiyini və onların iç üzlərini açıb göstərir. Düşünürəm ki, bu kitabı çox sevəcəksiniz.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
9/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Oxuyun
Qaraqanın bu kitabı qısa olsa da çox şeyləri bizə çatdırır sujet xəəti biraz yavaş irəlləsə də kitabın sonların doğru maraq daha da artır. Kitabda Azərbaycandaki insanların qəddarlığı,hissizləşmiş olması və müqqədəs şeylərə nə qədər dəyər vermədiyindən, bəzi ruşvət xor məmurların insanları pulla almağından və.s. Bunları bizə çatdırır. (Oxumağa dəyər)
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
7/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
2023-ün son günlərindən hər kəsə salam. Bu gün çoxlarımızın Qaraqan kimi tanıdığı Elxan Zeynallının "Mələk" əsərindən bəhs etmək istəyirəm. Kitab çox mübahisələrə səbəb olmuş və onu oxuyanları iki hissəyə bölmüşdür. Bunun səbəbi isə əsərin şizofreni olub-olmaması ilə bağlıdır. Əsər kifayət qədər maraqlı idi. Sadəcə sujet xətti çox yavaş irəliləyirdi. Amma sona doğru maraq artmağa başladı. Kitabda rüşvətxorluqdan, insanların necə bu qədər daşürək olub özlərindən başqa heç kimi düşünməməsindən, pulun, var-dövlətin gözlərinin önünə pərdə çəkməsindən, yüksək təbəqənin övladlarının pulla hər şeyi əldə edə biləcəklərini zənn etməsindən bəhs edilir. Vaxt itkisi olmadığını düşündüyüm, oxumağa dəyər bir kitabdır. Xoş mütaliələr. 7/10
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
8/10 puan verdi
·
10 saatte okudu
9 ildə Bakı
Kitabı ilk dəfə 4 il öncə oxumuşdum deyə hekayənin necə başlayıb necə bitdiyini bilirdim. Lakin bəzi kitablar ikinci dəfə oxunmağa layiqdir ki, bu da onlardan biridir. 2012-ci ilin Bakısından o dövrün insanlarından bəhs etməyinə rəğmən, kitabda polislərin Mələyin cibini yoxlaması, axundun təbliğ etdiyi şeylərə inanmaması, baş qəhrəmanın ailəsinin tipik azərbaycan ailəsi olması kimi detallar var idi ki, onlar oxuduqca gördüm ki, 9 il keçməsinə rəğmən Azərbaycanda heç dəyişməyib. Janr fantastik olmasına baxmayaraq, sadəcə Mələk fantastik obraz idi. Qalan hər şey bildiyimiz bakı reallığı idi. Məmurlar, hakimlərin davranışı, heç nədən xəbərsiz idarə edicilər 2021-in siyasi dövlətlərini xatırladır. və əgər bir dövlətin vətəndaşısansa, sənin dinin inancın hər şeyin daxilində yaşayacağın qədər mövcuddur. Mələk 2021-in Bakısına da gəlsəydi, nə qədər müqəddəs olursa olsun, hansı Allah göndərirsə göndərsin, onun talehi bir dövlətin sözü keçən adamlarının əlində olacaqdı
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
Reklam
132 syf.
·
Puan vermedi
·
25 saatte okudu
Qaraqanın yaradıcılığından oxuduğum, ikinci kitab oldu Mələk.Kitabın dili, o qədər gözəldir ki, oxuduqca oxumaq istəyirsən.Əsərdə insanların acgözlüyü, öz şəxsi mənafeyi uğrunda başqalarını düşünməməsi, şəhvət hissinə qapılan insanların bədbəxtliyi,məmurların və onların əlaltılarının şərəfsizliyi, şöhrət qazanmaq üçün başqasını ələ vermək kimi hadisələr göz önündə canlanır.Burada ən saf hissə isə adı verilməyən aşiqin,Mələyi dərin məhəbbət ilə sevməsi idi.Buna görə də,bu aşiqi yuxarıda sadaladığlarımın içində vermek istəmədim.Bunlardan başqa, xalqın cəhaləti, mollaların, axundların özlərini dinçi kimi təqdim edib,əslində heç bir şey bilməməsi göstərilir.Kitabı oxuduqdan sonra, Qaraqanın niyə ölkəni tərk etdiyini və niyə qayıtmaq istəmədiyini anladım.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
·
Puan vermedi
·
13 saatte okudu
Qaraqanın kitabları həqiqətən bir başqadır, baxmayaraqki yazarın oxuduğum ikinci kitabı oldu. Burada yerə enən mələk üzərindən ona edilən rəftara dayalı olaraq millətdəki ümumi problemlərə toxunulur. Tipik rüşvətxor ailə, özbaşına məmurlar və azğın övladları, məmurların əlaltısı olan polislər, öz təbliğ etdiyi dini mövzulara inanmayan axund... Və bunların ən başında yer alan, oyanmaq istəməyib sadəcə şəxsi mənfətlərini güdən XALQ.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
·
Puan vermedi
·
16 saatte okudu
Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
10/10 puan verdi
·
16 saatte okudu
Bu kitab da mələk vasitəsi ilə insanlara Azərbaycanın qaranlıq tərəfi göstərilir.Xalqın tanrıya inamının azaldığından,insanlığını,vicdanını itirdiyindən bəhs olunur.Doymaz bilməyən nəfsindən,pula görə hər şeyi edə biləcəyindən,ettikleri pisliklərdən heç də peşman olmadıqlarından bəhs edilir.Qaraqanın oxuduğum ilk kitabı oldu.Kitabı oxuyarkən həm çox həyəcanlanırdım,həm gərnginləşirdim,həm də təşvişə düşürdüm.Bəzi hissələr də ürəyim çox tez-tez döyünürdü.Bir anlıq həyat gözüm də çox mənasızlaşdı və insanlığı olmayan insanlara nifrət etdim.Kitab mənə çox təsir etti.Kitabin sonun da ağladığımı etiraf edirəm. PS oxumağa dəyər) tövsiyyə edirəm.
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
132 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Mələk, o bir Azadlıq simvoludur
Kitabda dərin fəlsəfi fikirlər var idi, bəziləri bu kitabı adi roman kimi oxusa da anlamalıdırlar ki, Mələk əslində "Azərbaycanın azadlıq simvoludur" hansı ki, biz düşünürük onu məmurlar bizdən məhrum edir, əslində isə biz özümüz o azadlığı haqq etmirik.Necəki qara millət mələyi parça parça etdi.Əsərdə insanların, Azərbaycan xalqının artıq nə qədər madiyyat qarşısında aciz olduğu vurğulanır.Həqiqətən də Mələyi pula satan insanlar sənimi, mənimi pula satmaz?
Mələk
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20121,513 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.