Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mən, Sən, O və Telefon

Anar Rzayev

Yorumlar ve İncelemeler

Tümünü Gör
23 syf.
7/10 puan verdi
·
Beğendi
·
2 saatte okudu
İş yerində sıxıldığım bir anda kiçik bir hekayə oxumaq istədim. Və tövsiyyə qeydlərimin arasında Anarın bu kiçik həcmli kitabını gördüm. Qısa amma maraqlı idi)) Hadisələr çox tez-tez baş verir və insan obrazın yerində olsa nə edər, necə edər deyə düşünür. Kişi obrazının hər bir şeyi gizlətməsini, qadın obrazının isə iki insanı birlikdə yola verməsini də sevmədim. Çünki Seymura Rüstəm barədə danışmayaraq haqsızlıq etdi. Seymursa gerçəkləri demədən qadınla münasibətə başladı. Amma fərqli və axıcı idi, yəqin ki kiçik olduğu üçün. Süjet xətti müasir Türk filmlərinin ssenarisinə bənzəyir. Təşəkkürlər bu cür bir kitab tövsiyəsi üçün
Aybəniz İmanlı
Aybəniz İmanlı
Mən, Sən, O və Telefon
Mən, Sən, O və Telefon
,
Anar Rzayev
Anar Rzayev
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
Reklam
23 syf.
9/10 puan verdi
·
Beğendi
"29045"
Kitabı proqramda gördüm və adı mənə çox maraqlı gəldiyinə görə elə həmin gün pdf-ni yüklədim. Az olduğundan təxminən yarım saata oxuyub bitirdim. Qısa olmasına baxmayaraq çox maraqlı və insanı düşünməyə sövq edən bir əsər idi. Hər şey telefon butkasında təsadüfi bir nömrənin yığılması ilə başlayır. Sonra zaman keçdikcə yığdığı nömrənin sahibi Rüstəmə doğmalaşır, onu sevir bəzən də qısqanır. Bir müddət danışırlar lakin əlaqələrinə son verməli olurlar çünki Mədinə Seymuru seçir. Əslində mən Mədinədə bir günah görmədim çünki Rüstəm hər şeyi ona əvvəlcədən danışsaydı bu qədər yalanlara, oyunlara da ehtiyac qalmazdı. Əksinə məncə hər ikisi daha xoşbəxt olardı. Bilmirəm buna görə onların hansını günahlandırım: Rüstəmi yoxsa Seymuru... Bir az qarışıq hisslər yaradır insanda, qeyri-adi bir mövzuya malikdir. Oxunmağa dəyər bir əsərdir. Onsuz belə də vaxt aparmır və bu vaxta da dəyir məncə. Tələsik yazsam da ümid edirəm çatdıra bildim fikirlərimi sizə. Hər birinizə xoş mütaliələr!!
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
23 syf.
7/10 puan verdi
·
2 saatte okudu
Yarım porsiya kimi görünsə də...
Kitabda deyildiyi kimi: həyatın xromotik qamması − ağ və qara pərdələrin − gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı... Az əvvəl bir yaxınımın xərçəng xəstəsi olduğu xəbərini aldım. İnsan nə edəcəyini bilmir axı, heç nə edə bilməyəcəyini bildiyi üçündür bəlkə də. Əvvəl donur adam, sonra göz yaşlarının gözündən axmadığını hiss edir, qəlbdən axanda axı gözlər susmalı olur. Öyrəşilmiş metod deyil bəlkə də, kitab oxumağa başladım.. Dəyişə bilməyəcəyimiz reallıqlardan qaçmalı oluruq əsasən. Qısa hekayədir, yarım saatımı alar, oxuya-oxuya yuxuya gedərəm deyərək başladım, amma hadisələrin gedişatı maraqlı idi. İnsanın proseslərə olan yanaşması o anki psixologiyasından çox asılıdır. Yazardan oxuduğum ilk kitabdır. Başqa vaxt oxusam, bilmirəm, fikirlərim fəqli olardı bəlkə də. Amma kiçik olsa da dərin kitab idi. Şiddətli baş ağrılarımla pdf-dən oxumağıma dəydi)) Yaddaşımda fərqli qalacaq.. Yarım porsiya kimi görünsə də, kifayət qədər tutumludur:) Oxumağa dəyərr.
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
23 syf.
10/10 puan verdi
Müxtəlif vaxtlarda, artıq neçənci dəfə oxuduğum bir hekayə - "Mən, sən, o və telefon". Çox bəyəndiyim, haqqında yazmaq istədiyim çox kitab olsa da, bəlkə də, tənbəlliyim daha üstün gəlir. Amma səbəbini də bilmədən bu hekayə haqqında fikirlərimi bölüşəcəyəm. Anar yaradıcılığında, mənim fikrimcə, bu hekayənin keyfiyyət baxımından ağırlığı
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
Reklam
23 syf.
8/10 puan verdi
·
1 saatte okudu
"Mən, sən, o və telefon" Anar yaradıcılığından oxuduğum ilk hekayə oldu. Maraqlı süjeti, hadisələrin reallığa yaxınlığı səhifələri lap tez bitirtdirdi. Düzdür, indi heç kim telefon butkasından rastgələ nömrələr yığıb zəng etmir, amma onun yerinə sosial şəbəkələrdəki hesablar var. Heç tanımadığımız insanların sosial şəbəkələri... Bu danışığın məhrəmliyi və doğmalığı. Digər yandan Seymurun xarakteri, qəribəlikləri də göz önündə qalır. Siyasət işlətməyi bacarmayıb, olanı olduğu kimi deməsi, bundan vicdan əzabı çəkməsi və s. Hekayənin digər bir nəticəsi də dostluqların ailə ilə müqayisəsidir zənnimcə. Nə qədər möhkəm dostluq olsa da, bir yerdən sonra özünü nələrləsə dəyişir. Necə ki, Seymurun, Kamalın, Muradın, Rasimin dostluqları kimi... Və onlar arasında bəzən bir cihazın bizə doğmalaşdırdığı dostlarımız daha sadiq, daha etibarlı edirmiş.
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
23 syf.
4/10 puan verdi
·
2 saatte okudu
Çox qısa bir hekayəydi.kitabın adı diqqətimi çəkmişdi ama gözləntilərimi qarşılamadı. Vattpad də 10-12 yaşlı uşağın yazdığı hekayələrə bənzəyirdi. Sujet xəttini sevmədim. Sonunda "hə indi noldu? Bu nəydi?" dedim.... Ama sonlara yaxın biraz diqqət çəkməyə başladı ki görən nə olacaq Mədinə telefonda danışdığı şəxsin əslində kim oıduğunu biləcəkmi? 4☆ ona görə verdim.(birazda əməyə saygısızlık olmasın deyə) Amma sonu eləydi ki o azacıqda olsan oyanan marağı öldürdü. İtirdiyim yarım saatımı verin mənə ahahah Qüsursuz kitab yoxdur! Qüsurlarıyla sevin kitabları! Kitabla qalın,salamat qalın!♡♡♡
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
27 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Qısa, lakin maraqlı hekayə idi. Yəqin ki, siz də nə vaxtsa həyatınızı, hansısa dərdinizi heç tanımadığınız birinə danışmaq, onunla dərdləşmək istəmisiz. Hekayədə də qəhrəmanımız heç tanımadığı bir insanla təsadüfi şəkildə danışır, ona aşiq olur və həyatını ona danışmaq üçün can atır. Seymurla evlənəcək olan Mədinə öz uşaq ruhlu dostunu- Rüstəmi, müqəddəs bir şeyi itirdi. Seymur da gecələrinin şəriki olan Mədinə ilə yox, iş yoldaşı Mədinə ilə münasibət qurdu... Demək olar ki, ikisi də bir-birini itirdi.
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
23 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Çox qısa amma çox gözəl bir hekayə.Rüstəm daha doğrusu Seymur:) bir gün dostunun toyundan geri dönerken dostlarının təkidi ilə rəqəmlər yığır və Mədinə ilə danışmaga baslayir.Hər gün ...Rüstəm olaraq Mədinənin həyatına girən Seymur... Oxumağınızı tovsiyə edirem.
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
Reklam
23 syf.
·
Puan vermedi
Əslində bu əsərdən çox gözəl müasir serial çəkmək olardı: dostlarının evlənməsini şiddətlə önərdiyi gənc və onun təsadüfi nömrə yığması. Bu telefon danışıqları, gəncin iş yerində baş verənlər. P.S əsərin 23 səhifədən çox olduğunu düşünürəm əslində, amma nəysə.
Mən, Sən, O və Telefon
Mən, Sən, O və TelefonAnar Rzayev · 0174 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.