Bu minikitabda şairin bir neçə şeiri var ki, heç rastıma çıxmayıb. Xudafərinin adını hallandırmasa da, Xudafərindən bəhs edən "Körpünün həsrəti" şeiri və böyük ehtimalla Holokost faciəsinə həsr olunmuş "Yanğın" şeirini bəyəndim. Heç birində birbaşa hədəf göstərməsə də, Körpünün həsrəti şeirində Xudafərindən bəhs etdiyinə əminəm. Amma Yanğın şeirini 1942-də yazsa da, həmin il başqa hansı şəhərdə yanğın olduğunu bilmədiyim üçün Holokosta həsr olunduğunu ehtimal edirəm.