Məni Belə Çək

Ovadya

Yorumlar ve İncelemeler

Tümünü Gör
212 syf.
7/10 puan verdi
·
Beğendi
·
16 günde okudu
çox yaxşı gedir maraqla oxuyuram. Neçə illərin yazarı kimi yazıb sanki,Ovadya. 100cü səhifədəyəm. Açığı yavaş yavaş oxuyuram ki, kitabı tez bitirməyim hadisələrə daha yaxın nəzər sala bilim,daha diqqətlə oxuyuram. Tez oxuyub bitirdikdə bəzən ötəri yanaşılır kitablara. Mən də bunu sevmirəm. Fotograf Keni ilə Elis arasında nə olacaq çox maraqlı gəlir mənə. + kitabdaki obrazları,məkan və yerləri nə əcəb Azərbaycan və Azərbaycanlılar seçilmıyib orasi da ayrı diqqətimi çəkmədi deyil. 26.01.2022 Kitabı bitirdim. Kitabdakı ən çox da Elis başda olmaqla hər birinin xarakteri mənə çox maraqlı gəlirdi, ancaq bir şeyi demədən edə bilməyəcəm ki, hadisələr sanki çox yavaş irəliləyirdi və az çox təxmin edə bilmişdim Ceyin gözəl Elisi üçün gecə gündüz yatmadan kitab yazdığını. Ama dedim oxuyum yenədə bu mənim ilk təxminimi doğruldan bir kitab oldu bu açıdan. Amma heç gözləmirdim ki, sonu belə bitəcək. Elisin 180 dərəcə dəyişməsi psixologiyasının bu dərəcə məhv olmasını ciddən gözləmirdim. Hal hazırda bitirmişəm kitabı bilmirəm duyğusal tərəfimə gəldi ya necə ağladım :( ən çox da Cey'ə çox üzüldüm.. çoxx təəssüf ki bunu yaşatmış biri olaraq bunun necə bir hiss olduğunu Elislə barəbər məndə bilirəm. Birinin sürprizini anlamayıb onu yarı yolda qoymaq və sonra sən demə sənə sürpriz hazırldığını bilmək sonrakı bədənini bürüyən vicdan əzabı və peşmançılıq. Mənim üçün bir dəyişiklik oldu,uğurlarınızın ardı gəlsin,2ci kitabıda gözləyəcəm səbrsizliklə 06.02.2022 [01:30]
Məni Belə Çək
Məni Belə ÇəkOvadya · Üçbucaq · 202126 okunma
Reklam
212 syf.
10/10 puan verdi
Ovadya - Məni belə çək!
Çox maraqlı kitabdır. Bəzi yerlərdə təsvirdən geniş istifadə edilsə də, yazıçının ilk qələm təcrübəsi olduğunu düşünsək, həqiqətən mükəmməldir. Kitabın axıcılığı və gözlənilməz sonluğuna isə söz ola bilməz! Yazıçıya fəaliyyətində uğurlar arzulayıram!
Məni Belə Çək
Məni Belə ÇəkOvadya · Üçbucaq · 202126 okunma
212 syf.
10/10 puan verdi
·
Beğendi
Ovadya - Məni belə çək. "Məni belə çək" gənc yazarımızın ilk əsəridir. Və olduqca maraqlı əsərdir. Əsərdə Ceylə Elisin ailə həyatından bəhs edilir. Bir-birini çox sevən iki gəncin arasında müəyyən soyuqluq yaranır. Bunun səbəbi isə Ceyin Elisə hazırladığı sürpriz olur. Bütün vaxtını sürprizə sərf etsin deyə ondan uzaqlaşır. Düzmü edir? Məncə yox. İnsan hər anında sevdiyinə dəyər verməlidir. Elisin isə bu zamanlarda fikri, həyatı dəyişir. Öz etdikləri üçün Ceyi qınayır. Bunda haqlı idimi? Əsərin sonu isə heç gözləmədiyiniz kimi olacaq. Əsəri oxuduqca məncə hər kəs öz həyatında etməyəcəyi nəticələr çıxaracaqdır? Mən də eynən. Əsəri çox bəyəndimmm, olduqca fərqli əsərdir. Eyni zamanda psixoloji hadisələr, ailə münasibətləri xırdalıqlarına qədər təsvir olunub.
Məni Belə Çək
Məni Belə ÇəkOvadya · Üçbucaq · 202126 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.