Məni Belə Çək

Ovadya

Featured Məni Belə Çək Posts

You can find Featured Məni Belə Çək books, featured Məni Belə Çək quotes and quotes, featured Məni Belə Çək authors, featured Məni Belə Çək reviews and reviews on 1000Kitap.
Sevgi insanlara, o cümlədən də, yaşayan varlıqlara bəxş olunmuş bir duyğudur. Bu elə duyğudur ki, ondan xilas olmaq mümkün olmur. Hər insanda sevgi var və bu özünü göstərir. Biz anadan olduqda nə qədər qəddarcasına ağlasaq da, bizə ilk öncə insanlar tərəfindəb gülərüzlülük, yəni sevgi göstərilir. Bu onu göstərir ki, biz insanlar sevgi ilə dünyaya gəlmişik və sevgi ilə yaşamalıyıq.
212 syf.
10/10 puan verdi
·
Liked
Ovadya - Məni belə çək. "Məni belə çək" gənc yazarımızın ilk əsəridir. Və olduqca maraqlı əsərdir. Əsərdə Ceylə Elisin ailə həyatından bəhs edilir. Bir-birini çox sevən iki gəncin arasında müəyyən soyuqluq yaranır. Bunun səbəbi isə Ceyin Elisə hazırladığı sürpriz olur. Bütün vaxtını sürprizə sərf etsin deyə ondan uzaqlaşır. Düzmü edir? Məncə yox. İnsan hər anında sevdiyinə dəyər verməlidir. Elisin isə bu zamanlarda fikri, həyatı dəyişir. Öz etdikləri üçün Ceyi qınayır. Bunda haqlı idimi? Əsərin sonu isə heç gözləmədiyiniz kimi olacaq. Əsəri oxuduqca məncə hər kəs öz həyatında etməyəcəyi nəticələr çıxaracaqdır? Mən də eynən. Əsəri çox bəyəndimmm, olduqca fərqli əsərdir. Eyni zamanda psixoloji hadisələr, ailə münasibətləri xırdalıqlarına qədər təsvir olunub.
Məni Belə Çək
Məni Belə ÇəkOvadya · Üçbucaq · 202126 okunma
Reklam
Xoşbəxtliyə aparan yalanı düzgün də saymaq olar.
"-Uşaq olanda ulduzları saymaq istəyirdim. Amma hər zaman bilirdim ki, bunu bacarmayacam. Atama deyərdim ki, mənə saymağı öyrət. O da bu sualıma bəzən susur, bəzənsə deyirdi ki, həyatda elə insanlar qarşına çıxacaq ki, sən özün ulduzları saymağa başlayacaqsan."
Üçbucaq NəşriyyatıKitabı okudu
İnsanlar öz sevgilərini ona görə sübut etməyə çalışırlar ki,qarşısındakı insan onları yaxşı 1i kimi tanısın.
Sayfa 187Kitabı okudu
Əgər birisi səni,doğurdan da,sevməyə çalışsa,sənə yaxınlaşmaq üçün mütləq cəsarətlilik göstərəcək.
Reklam
İnsanlar intihara deyil, yaşamağa səbəb tapmalıdırlar.
212 syf.
10/10 puan verdi
Ovadya - Məni belə çək!
Çox maraqlı kitabdır. Bəzi yerlərdə təsvirdən geniş istifadə edilsə də, yazıçının ilk qələm təcrübəsi olduğunu düşünsək, həqiqətən mükəmməldir. Kitabın axıcılığı və gözlənilməz sonluğuna isə söz ola bilməz! Yazıçıya fəaliyyətində uğurlar arzulayıram!
Məni Belə Çək
Məni Belə ÇəkOvadya · Üçbucaq · 202126 okunma
Əgər sən öz danışdıqlarına maraqla qulaq asırsansa, ətrafındakılar da sənə diqqətlə qulaq asmağa başlayacaqlar. Axı sən özün də bunu yaxşı bilirsən ki, insan ilk öncə özü-özünü dinləməlidir.
Sayfa 46 - ÜçbucaqKitabı okudu
" Amma sözü nə qəribə sözdür. Bircə kəlmə sözlə neçə-neçə cümlələri, fikirləri, sözləri öldürürsən. "
34 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.