Mənim Gözəl Alibim

Çingiz Abdullayev

Yorumlar ve İncelemeler

Tümünü Gör
165 syf.
·
Puan vermedi
·
Beğendi
Xalq yazıçımız Çingiz Abdullayevin qələmindən süzülən növbəti incilərini - " Mənim gözəl alibim " və " Üçüncü variant " romanlarını təkrar oxudum. Hər iki romanın qəhrəmanı eyni insan olduğu üçün təəssüratımı ayrı ayrılıqda deyil , umümiləşdirərək bölüşmək istədim. Romanlar Əfqanistan müharibəsindən bir qolunu itirərək geri dönən, Sovetlər İttifaqı dağıldıqdan sonra isə dövlət imtiyazlarından və qayğısından məhrum qalaraq " Solaxay " ləqəbli killerə çevrilən qəhrəman bir zabitin faciəvi həyat hekayəsindən bəhs edir. Tək arzusu ailəsinə sahib çıxıb övladına layiqli ata olmaq istəyən bu zabit vəziyyətdən çıxış yollarını arayır. Qarşısında 2 yol var : Ya qəhrəman kimi yaşayıb aclıqdan ölmək , ya da içkiyə qurşanaraq həyatla vidalaşmaq. Lakin O üçüncü variantı seçir və killerə çevrilir. Tək əlli , "Solaxay" ləqəbli killer. Dövlət məmurlarının quldur şəbəkələrindən ibarət mafiya ilə mübarzəyə başlayır... Romanları çox bəyəndim. Əminəm ki oxuyan hər bir insan mütləq bəyənəcəkdir.
Mənim Gözəl Alibim
Mənim Gözəl AlibimÇingiz Abdullayev · Qanun Nəşriyyat · 2016155 okunma
Reklam
165 syf.
8/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
9 vermek keçmedi içimden ilk önceleri sıkıcı geldiği için ama sonradan daha iyi anlatılıyordu olanlar .Kitabın sonlarındakı iyi bitişide her kesin okumasını düşüncesini yarattı bence......
Mənim Gözəl Alibim
Mənim Gözəl AlibimÇingiz Abdullayev · Qanun Nəşriyyat · 2016155 okunma
184 syf.
9/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Bir çox detektiv əsərlərdə cinayətkarlar yaxalanır və onların çox qəddar, amansız olduqları əks olunur. Bu əsər isə çox fərqlidir. Cinayətkarın da ürəyi, hissləri vardı bu əsərdə. O əsl insani keyfiyyətləri özündə daşıyırdı. Əsərin müəyyən nüanslarında Sovet dövrünün sistemi çox gözəl əks olunub. Yazıçı öz dövrünün ən maraqlı detektiv əsərini yaradıb deyə bilərəm. Bir an insan özünü həmin cinayətkarın yerinə qoyur və həqiqətən onun yaşadıqlarını, hiss etdiklərini tam duymaq mümkündür.
Mənim Gözəl Alibim
Mənim Gözəl AlibimÇingiz Abdullayev · Qanun Nəşriyyat · 2016155 okunma
165 syf.
8/10 puan verdi
·
Beğendi
Killerlərin səfil həyatı, doğru olmayan bir yol.. bir qolu şikəst əlil birinin ailəsi tərəfindən təhqir olunması və bezib pullu killerə dönüşməsi. Bir qolunun olmaması onun həmişə şübhə hədəfindən kənar qalmasına səbəb olur, və o öz işinin peşəkarına çevrilir
Mənim Gözəl Alibim
Mənim Gözəl AlibimÇingiz Abdullayev · Qanun Nəşriyyat · 2016155 okunma
Reklam
192 syf.
·
Puan vermedi
Çingiz Abdullayevin möhtəşəm əsərlərindən biri.Oxuduqca macəraya dalır , hadisələrinin necə sona çatacağını səbrsizləklə gözləyirsiniz. Əsər onun üçün çox gözəl bir alibisi olan (Sol əlini Əfqanistandakı müharibədə itirmiş ) killer və onun müştərilərini necə məharətlə aradan qaldırdığından bəhs edir. Romanda həmçinin Stokholm sindromundan qaynaqlanan qısa bir sevgi münasibəti də yaranır. Əgər Yazarın ilk dəfə bir əsərini oxumaq istəyirsənizsə elə bu əsərdən başlayın.
Mənim Gözəl Alibim
Mənim Gözəl AlibimÇingiz Abdullayev · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2018155 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.