Mənim Mübarizəm- 2

Seymur Baycan

En Yeni Mənim Mübarizəm- 2 Sözleri ve Alıntıları

En Yeni Mənim Mübarizəm- 2 sözleri ve alıntılarını, en yeni Mənim Mübarizəm- 2 kitap alıntılarını, etkileyici sözleri 1000Kitap'ta bulabilirsiniz.
Müxalifətin kitabsızlığı böyük problemdir. Kitabın olmaması ideyanın olmamasına səbəb olubdur. Siyasi əqidəsini dəyişən adam asanlıqla hər bir şəraitə öyrəşə bilər. Bu gün başının üstündən bir adamın portretini, sabah isə tamam başqa adamın portretini asa bilər. 
Alatoran yayınlarıKitabı okudu
Qandi deyirdi- “Yatmış xalqı oyatmaq asandı. Özünü yuxululuğa vurmuş xalqı oyatmaq çətindi”. Azərbaycan xalqı yatmayıb. Azərbaycan xalqı özünü yuxululuğa vurub. Bu adamlar özlərini vətəndaş kimi hiss etmirlər. Onlar özlərini kirayədə yaşayan adam kimi hiss edirlər. Onlar elə bil vətəndaş səviyyəsinə çatmayıblar. Adamlar dövlətin görməli olduğu işi rüşvətlə, xahiş minnətlə, tanışlığa görürlər... 
Alatoran yayınlarıKitabı okudu
Reklam
Müsəlman ölkələrində ona görə inqilablar baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə çevrilməyib. Mirzə Cəlil
Alatoran yayınlarıKitabı okudu
Dünyada ən böyük əzab qərb təfəkkürü ilə şərq ölkəsində yaşamaqdır.
Biz sərmayəmizi gələcəyə deyil, keçmişə qoyuruq.
Alatoran yayınlarıKitabı okudu
Biz özümüz üçün deyil, qohumlar, qonşular üçün yaşayırıq. Bütün bu "özünügöstərmələr" insanların həyatlarını məhv edir.
Alatoran yayınlarıKitabı okudu
Reklam