Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mənim Mübarizəm- 2

Seymur Baycan

Mənim Mübarizəm- 2 Gönderileri

Mənim Mübarizəm- 2 kitaplarını, Mənim Mübarizəm- 2 sözleri ve alıntılarını, Mənim Mübarizəm- 2 yazarlarını, Mənim Mübarizəm- 2 yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Müxalifətin kitabsızlığı böyük problemdir. Kitabın olmaması ideyanın olmamasına səbəb olubdur. Siyasi əqidəsini dəyişən adam asanlıqla hər bir şəraitə öyrəşə bilər. Bu gün başının üstündən bir adamın portretini, sabah isə tamam başqa adamın portretini asa bilər. 
Alatoran yayınlarıKitabı okudu
Qandi deyirdi- “Yatmış xalqı oyatmaq asandı. Özünü yuxululuğa vurmuş xalqı oyatmaq çətindi”. Azərbaycan xalqı yatmayıb. Azərbaycan xalqı özünü yuxululuğa vurub. Bu adamlar özlərini vətəndaş kimi hiss etmirlər. Onlar özlərini kirayədə yaşayan adam kimi hiss edirlər. Onlar elə bil vətəndaş səviyyəsinə çatmayıblar. Adamlar dövlətin görməli olduğu işi rüşvətlə, xahiş minnətlə, tanışlığa görürlər... 
Alatoran yayınlarıKitabı okudu
Reklam
Müsəlman ölkələrində ona görə inqilablar baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə çevrilməyib. Mirzə Cəlil
Alatoran yayınlarıKitabı okudu
Dünyada ən böyük əzab qərb təfəkkürü ilə şərq ölkəsində yaşamaqdır.
Biz sərmayəmizi gələcəyə deyil, keçmişə qoyuruq.
Alatoran yayınlarıKitabı okudu
Biz özümüz üçün deyil, qohumlar, qonşular üçün yaşayırıq. Bütün bu "özünügöstərmələr" insanların həyatlarını məhv edir.
Alatoran yayınlarıKitabı okudu
Reklam
Mənim üçün qorxaq olub sülh istəmək, qəhrəman olub müharibə istəməkdən daha yaxşıdır.
Alatoran yayınlarıKitabı okudu
Bu günün din xadimi insanları elmə, kitaba, məktəbə, mədəniyyətə səsləməlidi. Yalnız bu yolla onlar mənsub olduqları dini xilas edə bilərlər. Fikrə, yazıya bıçaqla, tapançayla, bombayla cavab verən din heç vaxt yaxşı reputasiya qazana bilməz. Yalnız dünyəvi bir dövlətdə din insanlar tərəfindən səmimi olaraq sevilə bilər. Bu günün din xadimi insanları 14 əsr əvvələ aparmalı deyil, insanları reallıqları dərk etməyə, elmin, kitabın, təhsilin tanıdığı, tarixin dəstəklədiyi dəyərləri qiymətləndirməyə, inkişafın insanlara bəxş etdiyi rahatlıqları mənimsəməyə səsləməlidi. Çünki qaydalar dəyişə bilər, prinsiplər isə dəyişməzdi.
Kitabı zibil yeşiyinə atan xalqı, tarix özü zibil qutusuna atacaq.
Sayfa 164 - Alatoran nəşriyyatıKitabı okudu