1000Kitap Logosu
Mənim Payım

Mənim Payım

Okuyacaklarıma Ekle
TAKİP ET
9.3
105 Kişi
245
Okunma
117
Beğeni
1.106
Gösterim
420 sayfa ·
Tahmini okuma süresi: 11 sa. 54 dk.
Basım
Azerice · Azerbaijan · Qanun Nəşriyyatı · 2014 · Karton kapak · 9789952265972
Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür... Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur. Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi. Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim. Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama - deyir: - Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər. Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi: - Abbas, niyə mənə belə gec-gec baş çəkirsən? Abbas əmi də hündürdən gülərək: - Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, - deyirdi. Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi. Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər. Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.

Benzer Kitaplar

Günahsız Qatil
OKUYACAKLARIMA EKLE
Məni Belə Çək
OKUYACAKLARIMA EKLE
Abaddon
OKUYACAKLARIMA EKLE
Ölülər
OKUYACAKLARIMA EKLE
Deli Kür
OKUYACAKLARIMA EKLE
İblis
OKUYACAKLARIMA EKLE
46 Bənövşə
OKUYACAKLARIMA EKLE
Əclafın Ölümü
OKUYACAKLARIMA EKLE
Danabaş Köyü
OKUYACAKLARIMA EKLE
Əzilmiş Fotoşəkillər
OKUYACAKLARIMA EKLE
Bir Ovuc Torpaq
OKUYACAKLARIMA EKLE
Hastalığını Sev
OKUYACAKLARIMA EKLE
Mavi Melekler
OKUYACAKLARIMA EKLE
Başsız Atlı
OKUYACAKLARIMA EKLE
Söyüdlü Arx
OKUYACAKLARIMA EKLE
Bəlkə də Bu, Həqiqətdir
OKUYACAKLARIMA EKLE
Mahzen-i Esrar
OKUYACAKLARIMA EKLE