Mənim Payım

Parinoush Saniee
Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür... Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur. Biz Qumdan Tehrana köçəndə atam məktəbə getməyimə icazə verdi. Hətta ona deyəndə ki, Tehran məktəblərində heç kəs çadra örtmür, başıma çadra yerinə yaylıq bağlamağa icazə verdi. Amma bir şərt qoydu ki, onun ləyaqətinə xələl gətirməyim. Abbas əmimə qurban olum. Bir dəfə eşitdim ki, atama - deyir: - Qardaş, qızın zatı gərək yaxşı ola. Məsələ hicabda-zadda deyil. Əgər pis olsa, çadranın altından da min dənə iş görə bilər. İndi ki Tehrana gəlmisən, gərək tehranlılar kimi yaşayasan. Keçdi o zamanlar ki, qızı evdə həbs edirdilər. Qoy məktəbə getsin. Geyimi də o birilər kimi olsun. Yoxsa hamı onu barmaqla göstərər. Abbas əmim çox düşüncəli adam idi. Belə də olmalı idi. ıo ilə yaxın idi ki, Tehranda yaşayırdı. Quma ancaq orada kimsə öləndə gələrdi. Atamın anası, rəhmətlik nənəm hər dəfə Abbas əmi gələndə deyirdi: - Abbas, niyə mənə belə gec-gec baş çəkirsən? Abbas əmi də hündürdən gülərək: - Nənə, neynəyim, qohumlara de ki, tez-tez ölsünlər, mən də Quma tez-tez gəlim, - deyirdi. Nənəm əlini üzünə elə bərk çırpırdı ki, izi uzun müddət getmirdi. Abbas əminin həyat yoldaşı tehranlı idi. Həmişə Quma gələndə çadra örtərdi. Hamı bilirdi ki, o, Tehranda hicab örtmür. Heç qızları da belə şeylərə əməl eləmirdilər. Məktəbə də hicabsız gedirdilər. Nənəm öləndən sonra atam onun biz yaşadığımız evini satıb hamının payını verdi.
Yazar:
Parinoush Saniee
Parinoush Saniee
Tahmini Okuma Süresi: 11 sa. 54 dk.Sayfa Sayısı: 420Basım Tarihi: 2013İlk Yayın Tarihi: 2002Yayınevi: Qanun NəşriyyatıOrijinal Adı: Sahm-e man
ISBN: 9789952265972Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
514 syf.
9/10 puan verdi
·
3 günde okudu
Ağır idi..
Bitirən kimi incələmə yazmaq istədim. İlk olaraq onu deyim ki, yazar çox axıcı və rahat dillə yazmışdı. Tərcüməsi isə daha yaxşı idi. Elə ona görə, 2 gün arayla oxumaqla + bu gün 380 səhifəni oxumaqla çox zövq aldım. Hisslər bizə çox gözəl aşılanmışdı. Bəzi cümlələr qəlbimə, bəzi cümlələr isə əsəbimə çox incə-incə işlənirdi. Və əsərin
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
Reklam
420 syf.
9/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Spoiler ola bilər!
Bu dəfə kitabı incələyərkən heç bir obraza deyil, kitabdakı qadın obrazının hisslərinə toxunmaq istəyirəm. Qadın ata evində atasının namusunu, ər evində ərinin namusunu, bir müddətdən sonra isə övladlarının rifahını düşünərək yaşayar. Məsumə istəmədiyi izdivaca məcbur edilir.Ailə həyatında yaşadıqları onun seçimi olmasa da,bir qadın əzmi ilə bunun da öhdəsindən gəlməyə çalışır. Öz istəklərinə deyil, övladlarının istəklərinə boyun əyir. Qadın olmağın nə qədər məsuliyyətli və çətin bir öhdəlik olduğu kitabı oxuduqdan sonra zehnimdə qoyduğu ilk iz oldu. Məsuməni anlamaq üçün qadın olmaq gərəkdir deməyəcəyəm... Çünki qadın ruhundan anlayan kişilər də çoxdur bu həyatda..
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
7/10 puan verdi
Bir söz var "mən Qurani Kərim oxuduğum üçün müsəlman oldum . Müsəlmanlara baxsam müsəlman olmazdım" bu kitabı oxuduqda bunun anlamını daha yaxşı anlayırıq . Hər cür səhvi günahı edib sonra isə dinin arxasına sığınmaq. Kitabda bir gənc qızın həyatından söz edilir . Ailəsinin ona göstərdiyi şiddət onu günahlandırması və s. Şeyləri görmək mümkündür. Son zamanlar gündəmdə olan bir kitabdır və İranda olan adət ənənələri , müharibəni və baş qəhrəmanın çəkdiyi əziyətlərdən bəhs edir. Əsasən də ailəsinin ona davranışları onu yaralayır . Məsumə təhsilinə önəm verən və gələcəkdə müəllimə olmaq istəyən gənc qızdır. Bir çox xəyalları var amma ailəsi onun oxumağını istəmir . Ona arxa olan tək atası vardır. Bir gün Məsumə aşiq olur və uzaqdan sevir . Ailəsi bunu bildikdən onun həyatı dəyişir .
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Uzun zamandır oxuyacam deyib oxumadığım kitablardan biri daha. Çox maraqlı kitab idi. Gözlədiyimin əksinə daha sadə dildə idi. Roman 16 yaşlı Məsumənin zorla başqa birinə ərə verilməsindən və bundan sonra həyatında gedən dəyişikliklərdən bəhs edir. Kitabı ilk əvvəllərində adi romanlardakı kimi, klassik hadisələrin olmasını yəni, Məsudənin də artıq ərini sevməsini, Həmidin (əri) onu sevməsini və onda şəxsi dəyişikliklərin baş verməsini gözləyirdim. Gözlədiyim hadisələrə həm oxşar, həm də düşündüyümdən daha fərqli hadisələr oldu. 16 yaşlı çadralı bir qızın sonundə necə mübariz, təhsilini tamamlamağa can atan bir qadın olaraq yetişdiyini oxudum. Nə qədər əziyyətdən keçsə də, heç kimə boyun əyməməyə çalışsa da, ən sonunda öz uşaqları üçün yenə öz istəklərini, öz sevgisini illər sonra yarım qoymalı olan bir İran qadının hekayəsi idi bu. Həddindən artıq insana təsir edən, fikirlərinə bir çox cəhətdən təsir edən və qadınların, insanların nəyə qadir olduğunu və nələri edə biləcəklərini göstərən bir kitab idi mənə görə.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
Reklam
400 syf.
9/10 puan verdi
·
Beğendi
·
30 günde okudu
Pərinuş Sənii - "Mənim Payım"
İran qadınlarının həyatından bəhs edən, avtobioqrafik bir əsər.Məsumənin acınacaqlı həyatı əsərin süjet xəttini təşkil edir.Öz xoşbəxtliyini yaşamaq üçün həmişə çalışsa da, ona qismət olmur.Əsər də beləcə kədərli və hüzünverici sonluqla bitir.Yenə təkliyə düçar olur. Əslində isə onun başına gələn hadisələrinin çoxunun səbəbkarı böyüdüyü ailə, mühit, qardaşlarının guya öz bacısının əxlaqını, namusunu qoruması üçün həyatına etdiyi müdaxilələr, evdə baş verən köhnəfikirli söhbətlər - hamısı Məsumənin taleyini alt-üst edirdi.Özünün yox, məhz ailəsi və qardaşlarının razılığı ilə üzünü belə görmədiyi insana ərə gedən Məsumə, öz taleyilə barışıb vəziyyəti düzəltməyə, elm, təhsil dalınca qaçıb ali təhsil almağa çalışan dünyagörüşlü, düşüncəli və mübariz qız idi. Təəssüf ki, bəzən həyatda biz də belə hadisələrin şahidi oluruq.Amma məncə bunlara qarşı susmaq lazım deyil, əksinə həmişə mübarizə aparmalıyıq.Çünki bir savadlı qadının, qızın başqalarının əlinin altında 'əsir' olması, onlardan asılı olması çox dəhşətli bir şeydir.Yadımızdan çıxarmayaq ki, bir qadın bir anadır, ana isə ailəni, övladlarını aydınlığa çıxaran nur, işıq....Cəmiyyətin, ölkənin isə parlayan, hər yerə şəfəq saçan, heç vaxt sönmək bilməyən Günəşi!!!
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
İran əsilli yazıçı, psixoloq və sosioloq, Pərinuş Sənii ölkədə baş verən İslam inqilabından sonra hökümət əleyhinə yazdığı tənqidi məqalə və əsərləri ilə ölkə içində habelə onun xaricində tanınmağa müvəffəq olan fəallardan biri hesab edilir. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man)
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
9/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Kitab nədən bəhs edir?
İranın siyasi-ictimai həyatından bəhs edən təsirli kitabdır. İranda yaşayan 16 yaşlı qızın təmiz sevgisi məhv edilir. Onu sevmədiyi oğlanla evləndirirlər. Min bir əziyyətə qatlaşır. Həyat yoldaşının əqidəsi tamam fərqlidir.Ailəyə və xanımına laqeyddir. Həmid ali təhsillidir. Hüquq fakültəsini bitirmişdir. Amma solçu idi. O gizli bir təşkilatın üzvü idi. Daha sonra Həmid tutulub həbsə atılır. Məsumə yaşadığı bu illər ərzində məktəbi bitirir. Üniversiteti girir. Daha sonra qaynatasının köməyi ilə idarədə işləyir. Uşaqlarını və özünü dolandırır. Kamil və ağıllı bir qadına çevrilir. Çox əziyyətlərə övladlarına görə qatlaşır. Həmid həbsdən çıxır. Yenə siyasi fəaliyyətə başlayır. Yenə tutulub həbsə atılır. Həbsdə vəfat edir. Daha sonra oğlu Siyamək mücahidçilərə qoşulur. Oğlu da siyasi fəaliyyətinə görə həbs olunur. Oğlu 1 il sonra həbsdən çıxır. Onu xaricə qaçaq keçirirlər. Orada universitetə girib bitirir. Məsud isə əsgərliyə gedir. Müharibədə əsir düşür. Daha sonra öz vətənində qəhrəman kimi qarşılanır. Məsud universitetə girirvə oranı da bitirir. Məsumənin balaca qızı Şirin də universiteti bitirir. Beləliklə Məsumənin uşaqları evlənir və o tək qalır. Bu anda o 30 il sonra illər əvvəl itirdiyi gənclik eşqi Səidi tapır. Səid Məsumə ilə ailə həyatı qurmaq istəyir amma övladları razı olmurlar. Övladlarına görə çəkdiyi əziyyətlərə heyfslənən ana daha yalnızlığı, taleyi ilə barışır.Səidə rədd cavabı verir.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
·
Puan vermedi
·
5 günde okudu
Kitab 16 yaşlı Məsumənin həyatından bəhs edir. Qumdan Tehrana köçən ailə buraya uyğunlaşmaqda çətinlik çəkirdi, ama bütün bunlar Məsumənin oxuma istəyinə maneə olmurdu. Ailəsinin narazılığına baxmayaraq məktəbə getmək üçün atasını razı salır. Və bununla da bütün ömrü boyu ən yaxın rəfiqəsi Pərvanə və aptekdə işləyən həyatının sevgisi ilə- Səidlə tanış olur. Lakin bu xoşbəxtlik uzun çəkmir, qardaşları bunu öyrənəndən sonra onu evə həbs edirlər və tezliklə onu başqası ilə evləndirirlər. O isə ərini heç vaxt görməyib, ərinin kimliyindən də xəbəri yox idi. Bütün əsas hadisələr bundan sonra cərəyan edir. Həmin dövrün siyasi hadisələrinə də kitabda yer verilir. İlk öncə onu bildirim ki, çox gözəl kitab idi. Məsumə güclü qadın, xoşbəxt ana olsa da heç zaman xoşbəxt qadın ola bilməmişdi. Bütün ömrü boyu mübarizə aparırdı; əvvəl ailəsinə qarşı, sonra isə uşaqları üçün. 3 uşağına da ali təhsil verdi, evləndirdi. Nəhayət onda anladı ki onun bu həyatda heç zaman "payı" olmamışdı.. illər sonra çıxıb gələn xoşbəxtliyindən də uşaqları üçün imtina etdi. O zaman anladım ki, Məsumə təkcə güclü qadın deyil, həm də fədakar ana idi. Mütləq oxumanızı tövsiyə edirəm. Xoş mütaliələr.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
Reklam
420 syf.
·
Puan vermedi
·
Beğendi
Bu kitabı oxuduqca bir daha mənə aydın oldu ki, İrandakı qadınlar azadlıqdansa, mübarizə olmadan yaşaya bilməzlər. Təəssüf ki, bu mübarizə təkcə İslam rejimi və qanunları ilə deyil. İranda qadınlar yaşamaq hüququna sahib olmaq üçün iki sahədə mübarizə aparmalıdırlar: sosial sahədə rejimlə mübarizə aparmalı, şəxsi həyatlarında və evdə İslam ənənələri və mədəniyyətləri ilə mübarizə aparmalıdırlar. Təəssüf ki, Məsumə, övladlarının və ya evinin İslam və ənənəvi mədəniyyətinə qarşı mübarizə aparmadı. Qısa gəldi. Uşaqlarına qarşı durmadı və həyatına qarışmaq hüququnun olmadığını söylədi. Masoumeh, uşaqlarına bu dəfə xoşbəxtliyinə qırmızı xətt çəkməsinə icazə verdi.
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
10/10 puan verdi
·
Beğendi
Spoillə birgə
Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı. Həyatı əlindən alınmış bir qız və sonrasında başına gələn hadisələr nə demək olar bu sadəcə bir qismətdir mi,yoxsa başqalarının əlindən aldıqları həyatdırmı ??Kimsə cavabını bilmir.Oxuyub qərar verin....
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
9/10 puan verdi
·
6 günde okudu
Güclü bir qadının həyat hekayəsi!
Bir fədakar qadının həyatından... Həmin o fədakar qadın ki, başına hər nə bəla gəlirsə gəlsin yenədə gücünü toplayaraq həyata davam edir. Əsərdə Məsumə adlı bir qızın taleyi təsvir olunur. Adı kimi məsum olan Məsumə ailəsinin törətdiyi çətinliklər, Səidə olan nakam sevgisi onun uzun müddət bağlı qapılar ardında qalmasına səbəb olur. Ailəsinin təkidi ilə üzünü belə görmədiyi, sadəcə adını eşiddiyi biri ilə zorla evləndirilir. Məcburiyyət... Neçə insanın həyatını məhv edən o kəlimə. İnsanın özünün məcbur qalmasından danışmıram, başqaları tərəfindən məcbur buraxılmasından danışıram. Və bu kitabda da Məsumə həyatı boyunca başqaları tərəfindən hər nəyəsə görə məcbur buraxılır. Mən kitabı çox sevdim. Bu əsərdə əsəb, sevgi, kədər və nifrət kimi duyğuları çox dərindən hiss etdim. Hər kəsə tövsiyə edirəm. "Anam həmişə deyirdiki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan kecməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxafilətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpdılar. Bunların heç biri mənim öz payım deyildi. Heç vaxt heç kim mənim məhz özümün kim olduğumu, nə istədiyimi soruşmadı."
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
10/10 puan verdi
·
9 günde okudu
Sən sevgisən, Məsum!
"Anam həmişə deyirdi ki, hamının payını ayırıb kənara qoyurlar ki, o payı özü yeyə. Hərdən mənə elə gəlir ki, mənim payım olmayıb. Yeniyetmə vaxtı atama, qardaşlarıma görə öz payımdan keçməli oldum. Sonra ərimə görə. Mənə ya bir qəhrəmanın, ya bir vətən xaininin arvadı kimi baxırdılar. Sonra bir müxalifətçinin anası kimi tanıdılar. Sonra savaşçı anası oldum. Neçə dəfə məni gah yuxarı qaldırıb, gah yerə çırpıdılar. Bunların heç biri mənim payım deyildi. Heç vaxt heç kim mənim özümün kim olduğumu, nə istədiyimi soruşmadı." Kitab qəlbimə necə yol tapdısa, bir müddət təsirindən çıxacağımı düşünmürəm. Cəmiyyətdə tez-tez rastlaşdığımız bir çox ailə məişət problemlərini aydın bir şəkildə dilə gətirmələri xoşuma gəldi. Çox səmimi, axıcı bir dili var. Buna görə bütün duyğuları dərindən hiss edərək oxudum. Məsuməylə ağladım, güldüm, üzüldüm, düşündüm. Sanki, Məsumə bizlərdən biriymiş kimiydi, Ona görə ona tez bir zamanda bağlana bildim. Ailəsi tərəfindən sevilməsə də səmimi, sevgi dolu ana obrazı qəlbimi isitdi. Bu qədər, sevgini özündə necə cəm etdin, Məsum?!. Hər nə qədər özünün sayılmasa da Məsumənin payına şahid olmaq üzücü olsa belə xoş oldu. Daha az Məsumələrin həyatına şahid olmaq diləyiylə..
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
10/10 puan verdi
·
Beğendi
Mənim payım.. Bəs bizim həyatdan payımız nədir? Bu pay ürəyimizcədirmi, həyatda bizi daha nə paylar gözləyir?.. Məsumənin həyat payı nə qədər acınacaqlı, kədərli, qəhərlə dolu olsa da, qətiyyəti, gücü, bir ana kimi sarsılmazlığı bir o qədər ibrətamiz idi... Kitabı oxumaq fikrim çoxdandır olmasına baxmayaraq, nədənsə önyarğı var idi içimdə, ərtələyirdim. Nəhayət, sonunda oxudum və indiyəcən oxumamış olmağımın üzüntüsünü çəkirəm. Sanki, 16 yaşıma qayıtdım, oxumağıma icazə olmadı, sevgim ürəyimdə qaldı, dostumdan ayrı düşdüm, üzünü görmədiyim biriylə zorla evləndirildim, intihara girişdim, ölə bilmədim və nə qədər çətinliklər... Dəhşət içində oxudum, oxuduqca yaşadım sanki hər birini.. Ama kitabı bitirib bağlayanda, qalib bir qadın kimi hiss etdim mən də. Qadın olmağın günah olduğunu düşünən bir cəmiyyətdə, ailədə, dimdik ayaqda durmağı bacarmışdı Məsumə. Bir daha qadının gücünü göstərdi bütün dünyaya onun həyat hekayəsi. Tək eşqini, övladlarına qurban verəcək qədər güclü idi.. Hər kəsin, xüsusuilə, hər qadının oxuması gərəkən möhtəşəm üstü bir həyat hekayəsi. Onun həyatı, kədərlərlə dolu, gerçək bir həyat idi.. Əlimdə olsaydı da, illər öncə 16 yaşlı Məsumənin əllərindən tutub düşdüyü bataqlıqdan çıxara bilsəydim kaş..
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
420 syf.
·
Puan vermedi
Kitabı uzun zamandır ertəyirdim,səbəbi isə məni İrandakı qatı qanunların sıxacağını düşünürdüm və özümü hazır hiss etmirdim. Təbii ki, əvvəlcədən oxumadığım üçün peşman oldum. İlk dəfə Qanun nəşriyyatının kobud səhvləri ilə qarşılaşdım hansı ki, səhifələrdə çatışmazlıqlar və təkrarlar var idi. Ama buna baxmayaraq, kitab o qədər möhtəşəm idi ki,bu problemlər məni qıcıq etsə belə məni kitabdan soyutmurdu. Əsərdə hisslər o qədər insana keçirdi ki, xəbəriniz belə olmadan özünüzü hadisələrin içində tapırdınız ,sanki, o hissləri siz də yaşayırsınız ,o qanun çərçivələri sizə də qoyulub. Normalda kitabları yavaş- yavaş oxuyan biri olaraq bu kitabı bir su içimində oxuyub bitirdim. * Spoiler* Bir qadının hər şeyə rəğmən oxumaq, təhsil almaq sevgisinin bitməməsi mənə yüksək motivasiya qazandırdı. Düşünürəm,hər bir qadının kitabı oxuyub savada, biliyə sahib olmağın, öz ayaqları üstündə durmağın bir qadın həyatındakı vacibliyini dərk etdirəcək bir əsərdir. Məsumədə oxumaq həvəsi olmasa, sadəcə yaşıdları kimi “ərə gedib”, “uşaq baxmağı” özünə borc bilsə idi, bu qədər güclü olub hər kəsi qarşısına alaraq, müxtəlif mübarizələr apararaq uşaqlarına ali təhsil verib, onların gələcəyini quran qadın olmazdı. Bununla birlikdə o həm də çox fədakar qadın idi. Fədakarlığı ucbatından sonda tək qaldı və ürəyindəki sönməyən məhəbbəti də övladlarına qurban verdi…
Mənim Payım
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20131,498 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.