Mənim Yazıq Üreyim

Alibala Hacızade

Sözler ve Alıntılar

Tümünü Gör
Könlüm səndən dönən deyil, Gəlmir xoşuna, gəlməsin. Mən sevirəm, qədrimi bil, Nadan tuşuna gəlməsin. İncit, necə istər kefin, Əzabıma baxıb sevin! Ölsəm, ağla, qoy heyifin O göz yaşına gəlməsin. Taleyimin üzü sərtdi. Eşqindən dönən namərddi. Unudulmaq yaman dərddi – Gülüm, başına gəlməsin.
İndi bildim niyə soldun, çiçəyim? Göz yaşımla sulamışdım səni mən!
Reklam
Ayrılıq günüdür, gəl vidalaşaq, Gözüm qan ağlayır, qəlbim qan dolu. Ayrılıq günüdür, gəl qucaqlaşaq, Ah, necə uzundur bu hicran yolu.
Nə biləydim, xəzan vurmuş gülmüşəm, Öz ömrümü sənin ömrün bilmişəm. Fələk məni ağladanda gülmüşəm, Sən ağlatsan, gülmək olmur, nədəndi?
Qorxuram ürəyim elə yanar ki Yerində bir ovuc kül qalar ancaq
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.