Mərtəbələr

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
248 syf.
·
Puan vermedi
·
Beğendi
Kitab gözəl kitabdır, amma final səhnədən sonra ağlımda suallar yarandı , ibrahimin ölümdən sonra ailəsi nə etdi? Yenə İbrahimin zəif olduğunu düşünüb ona nifrət mi etdi, yoxsa elediklerine görə peşman mı oldular? Cəmilə niyə zəng vurmuşdu? İbrahim ölmese Kazana getsə həyatı dəyişəcəkdimi, yoxsa yenə hər şey olduğu kimi qalacaqdimi?
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Elgün Neşriyat · 2014407 okunma
Reklam
248 syf.
9/10 puan verdi
·
Beğendi
Çoxdan idi ki ertələyib oxunurdum. İnanılmaz əsərdi. 2 günə bitirdim . Tək günahı namuslu olmaq olan və vecsizliyi bacarmayan İbrahimin başıma gələnlər mənim əsəblərimi pozdu.
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Elgün Neşriyat · 2014407 okunma
284 syf.
9/10 puan verdi
·
6 günde okudu
Yenə bir kitabda daha ölkədəki vəziyətin gerçəkliyinin belə təsvirindən sarsıldım. Kəsdiyim bir bal da kitab boyunca keçirdiyim narahatlıq və təəssüf hissinə görədir.
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0407 okunma
284 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Mərtəbələr...
Bir insanın əlindən dəyərlərini alsanız, nə olar? İnandıqlarını itirən insandan geriyə nə qalar? Elatlının sayəsində qarşımda açılan o böyük, füsunkar pəncərədə gördüm mən bunu; günahlardan uzaq durmağın da bir bədəli olurmuş, vicdan əzabı çəkməkdən gen durmaq insanın günün birində dönüb taleyini dəyişən imtahanı olurmuş. Təkcə İbrahimin faciəsini
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0407 okunma
Reklam
284 syf.
10/10 puan verdi
SPOİ.
Heç bir kitab mənə belə təsir etməmişdi. Pul necə yaman şey imiş...Bəzi insanların qürurunu,xəsiyyətini, mənliyini necədə bu qədər asan alabilirmiş...Bir insan necədə bu qədər tez dəyişiləbilərmiş... Bir övlada atasını, bir qadına həyat yoldaşını, bir anaya oğlunu necə də düşmən edərmiş... Əslində anaya haqq verdiyim bəzi məqamlar var idi orda. İbrahim pul görüb havalara uçmuş ailəsinı bahalı pal-paltar alıb xərcləməkdənsə, o 3 minləri ikiminləri yalan yerə xərcləməkdənsə anasına etsəydi anasını sağaltmağ üçün biraz çabalasaydı bəlkədə ana getməzdi. İndi bəlkədə qınanacam İbrahimə haqq verdiyim üçün. İbrahim atasından gördüyü tərbiyəni heç vaxt pozmadı. Ailəsi üçün həmişə çalışdı vuruşdu. Nə bir pis yola əl attdı nə haqq yedi nədə bəziləri kimi namusunu qurban verdi. Mən bu kitabda İbrahimdən başqa bütün xarakterləri qınayıram. Fəridəni pul görüb o saat həyat yoldaşını ona qurban verdiyi üçün qınayıram. Oğlu Cövdət'i atasına rağmən pula qul olmağını qınayıram. Arzu isə... Arzu heç... Əvvəl 2 manatlıq sancağa xoşbəxt olan bu qız nə qədərdə bədbəxtə döndü. Ata'sının 2 qram sevgisinə belə layiq deyilmiş. Hər kəsin istəkləri var təbiki ama buna görə bir atanı intihara sürükləmək...
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0407 okunma
284 syf.
·
Puan vermedi
Elxan Elatlının bəyəndiyim tək kitabı
Mərtəbələr
Mərtəbələr
"Mərtəbələr" illər öncə oxuduğum və bitirdikdən sonra da mənə təsir edən kitab idi. Yadımdadır ki, hətta bu Kitab sonda bacımı ağlatmışdı. Bu kitabı indiki Elxan Elatlı nifrətim olsaydı oxuyardım ,yoxsa yox bilmirəm, amma kitabdakı ailə münasibətlərinin reallığa uyğun yazıldığını düşünürəm. Əsərdə yaradılan ailə başçısı İbrahimin kasıblığın və mənim gözümdə nankor, düşüncəsiz ailə üzvlərinin qurbanına çevrilməsi tamamilə travma idi. Məhz buna görə də düşüncəsizlik mənim üçün ən pis insan xislətidir. Düşüncəsizcəsinə deyilən sözlər və şəxsdən istənilən hərəkətlər bəzən onsuz da batmış bir insanın tamamilə çökməsinə səbəb ola bilirmiş. Kitab obrazı olsa da, İbrahimin yasını hələ də saxlayıram Bu arada yazanda ağlıma gəldi və qeyd etməyi özümə borc bilirəm ki, Elxan Elatlı öz nanəcib sevgi və sədaqət hislərini az da olsa, heyif ki, bu kitabda da hiss etdirdi. Yaxşı ki, oxuyanda uşaq idim,o vaxtkı balaca Süsən çox diqqət etməyib
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0407 okunma
284 syf.
9/10 puan verdi
·
5 günde okudu
Hər necə olsa, yaşayacaqdı...
Çalış öz mərtəbəndə qal... , Özündən yuxarılara yox, özündən aşağılara bax... İbrahim yaxşı bir ailə başçısı idi, ilk vaxtlar ailə üzvləri bunu qəbul edib ona kömək olsalarda, bir aylıq lüks həyat bir ömrün bitişinə qədər irəlilədi, hətta yaşamağa qərar verdi an bitdi ömrü. Həyatı dəyişən bir ay idi. Bəs həqiqətənmi İbrahimin həyatını Akif gilin gəlişi dəyişdi?? Bəlkə də ailəsi lap əvvəldən daha yaxşı həyatı arzulayırdı? Kim daha yaxşı həyat yaşamaq istəməzki?! Və ayrıca Müəllifə imzalı kitab üçün minnətdaram.
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0407 okunma
284 syf.
5/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Elxan müəllim rameallığı qələmə alır doğrudur. Amma psixoloji roman yazmağı məncə bacarmır. Məncə o tarixi , detektiv, ailə-məişəti detektivə sintez etdiyi romanlar yazsa daha gözəl olar...
Mərtəbələr
MərtəbələrElxan Elatlı · Teas Press · 0407 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.