Strauss nəşriyyatı dilimizə gözəl əsərlər qazandırmağa davam edir.
Bir oxucu olaraq daim müasir ədəbiyyatın klassika ilə müqayisəyə gəlməsə də, ən az modern-klassika qədər təsir gücünə malik olduğunu düşünmürdüm. Lakin son illərdə o qədər uğurlu əsərlər oxuyuram ki, bu düşüncədən tamamilə uzaqlaşmışam. Keçək əsərə;
Möcüzə İrlandiyanın ucqar kəndlərindən birində yaşayan və qida qəbul etməkdən tamamilə imtina edən Annanın və onu müşahidə etmək üçün İngiltərədən kəndə təyin olunan tibb bacısı Elizabetin hekayəsindən bəhs edir. Müəllif Anna və ailəsinin timsalında cəhaləti, geriliyi, ətaləti təsvir edirsə, digər tərəfdən Elizabet və jurnalist Bern timsalında elmin, araşdırmağın gücünü ortaya qoyaraq əsər boyunca sorğuladır. Oxumanı ləzzətli edən şey isə, müəllifin bu tarazlıqda balansı pozmamasıdır, hər iki tərəf bir-birinin mənfi və müsbət tərəflərini yaşayıb yaşadaraq müdafiə edir əslində. Əsərin düyünlərinin yavaş-yavaş açılması, tək bir nöqtəyə bağlanmaması kitabdan asılı hala salır, bu da əsəri axıcı edir. Amma Annanın talehinin düyünü olan əsas məsələni oxuyarkən kitabı bağlayıb gözlərimi yumdum, bu həm məni sarsıtdı, həm də gözləmədiyim anda gəldi.
Tək sevmədiyim nüans, epiloqun bir az uzun olmasını istəyərdim. Bunu da yazıçı öz təxəyyülümüzə buraxıb)