Müharibənin Qadın Olmayan Üzü

Svetlana Aleksiyeviç

Quotes

See All
“Müharibə qurtardı! Müharibə qurtardı! Kimin əlində nə silah var idisi atəş açırdı; avtomat, tapança… Toplardan atəş açırdıq. Biri göz yaşını silir, o biri sevinir: “Sağam! Mən sağam!” Bir başqası da yerə yıxılıb daşı-torpağı öpür, qucaqlayır… Sevindiyindən… Mən isə heykəl kimi donub qalmışam, fikirləşirəm: əgər müharibə qurtardısa, demək atam bir də evimizə qayıtmayacaq. Müharibə qurtardı… Atam isə müharibədə qaldı…
Valentina Pavlovna Çudayeva, serjant, zenit qurğuları komandiriKitabı okudu
…Müharibə məni elə dəyişdirmişdi ki, evə qayıdanda anam məni tanımadı. Onun yaşadığı evi mənə göstərdilər, yaxınlaşıb qapını döydüm. İçəridən: “Bəli, bəli…” İçəri keçib salamlaşdım və dedim: “İcazə versəydiniz sizdə gecələyərdim”. Anam sobanı qaladı, iki balaca qardaşım da oturdu döşəməyə sərilmiş samanın üstündə, əyinlərinə geyinməyə bir şeyləri də yox idi. “Qızım görürsünüz də necə yaşayırıq? Nə qədər ki, qaranlıq düşməyib, yolunuza davam edin”. Onun qarşısında diz çöküb dedim: “Ana, anacan!” Elə bunu demişdim ki, hamısı üstümə atıldı… Elə hönkürürdülər ki…
Reklam
Heyrətlə baxdım ətəyə… Dona… Axı biz cəbhədə ancaq şalvar geyinirdik əynimizə. İndi gəl ətəkdə gəzməyi öyrən, görüm, necə öyrənirsən? Elə bil ayaqlarım dolaşırdı bir-birinə. Mülki paltarda gedirsən, qəfildən bir zabitlə qarşılaşırsan, özündən asılı olmayaraq əlin əsgəri salam verməyə qalxır. Vərdiş eləmişdik: hər kəsə çörək payı verilirdi, dükana gəlirsən ki, çörək payını alasan, sənə lazım olan qədər çörək götürürsən və pulunu ödəməyi unudursan. Ən adi şeyləri də təzədən öyrənmək lazım idi… Adi həyatı xatırlamaq…
On doqquz yaşım olanda “İgidliyə görə” medalı almışdım. On doqquz yaşım olanda saçlarım ağarmışdı. On doqquz yaşım olanda hər iki ciyərimdən yaralanmışdım, ikinci güllə iki onurğa sümüyümün arasından keçmişdi. Ayaqlarımı iflic eləmişdi… Məni ölənlərin siyahısına salmışdılar… On doqquz yaş… İndi nəvəmin on doqquz yaşı var. Baxıram ona, gözlərimə inanmıram. Mənim nəvəm!
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.