İlkin olaraq kitabda Kamyunun təbirincə desəm, "absurd"luğu yaşayan birisini görürük. Daha sonra isə insanlara yardım edərək bu vəziyyətin düzəldiyin və insanları xoşbəxt etməyin, onu xoşbəxt etdiyini anlayırıq. Əsəri çox bəyəndim və oxumağınızı tövsüyə edirəm.
Hər insana "xoşbəxtsən?" Deyə sual versək, təbii ki çox təzadlı cavablar alacağıq. Lakin bu əsərin ən bəyəndiyim yanı ortada bir problemin olduğu və bu problemin məhz sosial çevrəmizdən qaynaqlandığını qeyd etməsidir. Hər insanın individual olduğunu düşünürəm və əgər insan bir mühitə aid deyilsə xoşbəxt olmağı qeyri-mümkündür. Kitabın əsasən 2 əsas fikrinin olduğunu düşünürəm:
1. İnsan sosial varlıqdır, bu səbəblə də düşüncəsi, fikirləri, fəaliyyətləri və s məhz onun sosial çevrəsinə bağlıdır.
2. "Xoşbəxtlik" adlandırdığımız anlayış, hər zaman ətraf mühitimizə bağlı olub, başqa cür xəyal edə bilməyəcəyimiz anlayışdır.