Müqəddəs Kitab Tanrının sözüdür, çünki Müqəddəs Ruhun təsiri ilə yazılmışdır. İki Hissədən ibarətdir. Əhdi-Ətiq və Əhdi Cədid. Müqəddəs Kitab Tanrının bəşər ailəsinə göndərdiyi namədir. Onun Müəllifini tanımaq istəyən hər kəs bu kitabı oxumalıdır. Tanrı bu kitabın səhifələrində insanlar üçün olan məqsədini bizlərə açıqlayır. Müqəddəs Kitab Tövrat, Zəbur, İncildən, eləcə də Süleyman və digər peyğəmbərlərin qələmə aldığı yazılardan ibarət kitablar külliyyatıdır.