Müqəssir

Rövşən Yerfi

Sözler ve Alıntılar

Tümünü Gör
Gec ya tez, bütün saxtalıqların sonu vardı. Görünür acı da olsa həyat həqiqətlərinin araşdırılmasının vaxtı yetişmişdi. Sözə dəyər verilməməsi, adamlar arasındakı vəfasızlıq qəlblərdə günü-gündən adiləşir, insanlıq cılızlaşırdı...
Sayfa 105Kitabı okudu
Həm cəmiyyətin qanunlarında, həm də Allahın nəzərində kişi ilə qadının hüquqları eynidir deyilirsə, niyə münasibətlər fərqlidir? Danılmaz həqiqətdir ki, qadına dünya yaranandan heç vaxt kişi ilə eyni səviyyədə yanaşılmır. Təəssüf ki, qadın qadınlığından uzağa gedə bilmir. Görünür, dünyada heç nə səbəbsiz yaranmayıb, sadəcə bir çoxunu insan dərk etməyə çətinlik çəkir..
Reklam
İnsan nə dərəcədə alçaq məxluq imiş. Allahını yalnız dara düşəndə axtarır. Xoş günündə Allahını xatırlamayıb özünü mühüm bir qüvvə, varlıq hesab edən insan çətinliyə düşən kimi acizliyini anlayıb cılızlaşar, yalvarardı. Deməli bu cür lazımmış, çətinliyə salıb bu qayda ilə ulu varlıq onu anmaq istəməyənlərə öz mövcudluğunu qandırırmış.
Kimsə onun vəziyyətinin pis olmasını arzulamır, amma heç biri də, özündən yaxşı olmasını da, istəmir.
Ürək, qab deyil ki, qırılanda yapışdırmağa cəhd edəsən. Yapışdırılsa da, o bütöv sayılmır, həmişəlik qırıq olaraq qalır..
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.