Hər kəsə salam.
Azərbaycanımızın dəyərli şairi Mikayıl Müşfiqə həsr olunmuş "Müşfiqli günlərim" əsəri məhz həyat yoldaşı Dilbər Axundzadə tərəfindən xatirələr əsasında yazılmışdır. Əsər iki hissədən ibarətdir. İlk hissə "Müşfiqli günlərim"dir ki, burada Şairlə Dilbər xanımın tanışlığından, Mikayıl Müşfiqin yaradıcıllığından, mükəmməl insani keyfiyyətlərindən bəhs edilir. İkinci hissə isə "Müşfiqsiz günlərim" adlanır. Bu hissədə Dilbər xanımın və Müşfiqin yaxın dostlarının kədərli xatirələrindən bəhs edilir. Əsərin hər bir hissəsi mənim üçün çox dəyərli idi. Mən də bu şeirlə sözlərimi tamamlamaq istəyirəm:
Alışıb yanıram, Müşfiqim, sənsiz,
Qalmışam dünyada yalqız, kimsəsiz.
Günəşli gündüzlər boran görünür,
Dünya başdan-başa duman görünür.
Sən vətən eşqini müqəddəs tutdun,
Unudarmı səni bu ana yurdun?!