Müşfiqli Günlərim

Dilbər Axundzadə
Əziz oxucu, Dilbər Axundzadənin «Müsfiqli günlərim» xatirə əsərini heç bir nöqtə-vergülünə toxunmadan transliterasiya edərək sizin ixtiyarınıza veririk. Bəri basdan qeyd edirik ki, əsər Sovet dövrünün «qəddar və kəskin» təbliğatı ruhunda yazılıb. Çox güman cavan nəslin nümayəndələri əsərin bəzi yerlərini oxuyub «şoka» da düsəcəklər. Əsəri sovet təbliğatı əlamətlərindən təmizləmək üçün «senzura» da etmək olardı. Amma biz əsəri olduğu kimi sizin ixtiyarınıza veririk ki, o dövrün ab-havasını, təbliğat yönünü, saxta beynəlmiləlçiliyini özünüz hiss edəsiniz. İndiki dövrdən baxanda «Müsfiqli günlərim» əsəri pafosdan da əskik deyil, bəzən sənə elə gəlir ki, «xatirələr» deyil, 37-ci ilin Sovet qəzetini oxuyursan. Bununla belə əminik ki, diqqətli oxucu əsərdə həddən artıq maraqlı məqamlara rast gələcək. İllah da ki, müəllif Azərbaycanın ən görkəmli səxsiyyətlərindən biri olmus sairimizin cəmi 10 illik, «dağ uçqunu kimi dağıdıcı gücə malik» yaradıcılığını çox gözəl diqqətə çatdırıb. Əsərin hər bir səhifəsində Müsfiqin həyat sevgisi özünün dediyi kimi hiss olunur: Ah, mən gündən-günə gözəlləşən, İşıqlı dünyadan neçə əl çəkim! Bu yerlə çarpısan, göylə əlləsən, Dostdan, aşinadan necə əl çəkim! Əsərin bir maraqlı cəhəti də budur ki, Dilbər Axundzadə xatirələr içərisində də xatirələrə yer ayırıb, bu da o dövr üçün az xarakterikdir, əsərdə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır...
Yazar:
Dilbər Axundzadə
Dilbər Axundzadə
Tahmini Okuma Süresi: 4 sa. 18 dk.Sayfa Sayısı: 152Basım Tarihi: 2019İlk Yayın Tarihi: 1968Yayınevi: Kitab Klubu Nəşriyyatı
ISBN: 9789952824568Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
150 syf.
10/10 puan verdi
Müşfiq kimi bir insana hər kim olsa aşiq olar... Şair qəlbi kövrək olur deyirlər, həqiqətən də Müşfiq kövrək, zərif, incə ruhlu bir insandır. Kaş ki, onunla bir dövrdə yaşasaydım da onun şeirlərini öz dilindən eşitsəydim... Müşfiq haqqında yazmaq istədiyim o qədər sözlər varki. Lakin bu kitab mənim üçün özəl və özəl biri üçün oxudum deyə heç bir alıntı etmədim. Və kitab haqqında da çox şey danışmaq istəmirəm. Bir sözlə sənə vuruldum Mikayıl Müşfiq♡
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019297 okunma
Reklam
273 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Eşqi sözlərə çevirmək sənəti...
Dilbər Axundzadə və Mikayıl Müşfiq, sizə heyran olmamaq mümkündürmü?! Kitabdakı hər cümlə, hər məcaz sevginin başqa simasını, başqa bir tərəfini gözlər önünə sərir. Hekayənin mükəmməl poetik ifadəsi oxucunu özünə cəlb edir, onun ürək döyüntülərini sürətləndirir, bəzən də dayandırır... Oxuduqca insanı məhəbbətin mürəkkəbliyini və dərinliyini daha
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019297 okunma
152 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
"İrəli qoş, irəli, Ey mənim gözəl qızım! Qalma həyatdan geri, Oxu mükəmməl, qızım! Uca dağlardan atlan, Hər çətinliyə qatlan, Bir quş kimi qanadlan, Göylərə yüksəl, qızım! Mehriban ol insana, Bir yuxarı baxsana: Göydən günəş, ay sana Eyləyir gəl-gəl, qızım!" Kitabı ilk dəfə fars dili imtahanına gedəndə @günü - nün əlində görüb vərəqləmişdim. Ürəyim getmişdi kitabdakı o səmimiyyətə. Nə yazım, nə danışım bilmirəm. Onsuz kitabdakı hər ziyalı hamımıza tanışdır. Mikayıl Müşfiq şeirlərinin yazılma tarixi, Dilbər xanımla aralarındakı o güclü bağ, qələm yoldaşları ilə xatirələri və daha nicə doymadığım səhnələri oxudum. Təbəssümlə, şirin-şirin başlamışdım kitaba, sonlarına doğru Müşfiqin, başına gələcəklərdən xəbərsiz istəklərini, xəyallarını oxuyunca özümü saxlaya bilmədim. Ədəbiyyatımızda, tariximizdə vaxtilə bu cür gənc ziyalı olduğundan ötrü qürurlanıram. Cismən olmasa da, o, ruhən hələ də yanımızdadır. #aimraabooks
Müşfiqli Günlərim
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019297 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.