Müşfiqli Günlərim

Dilbər Axundzadə

Sözler ve Alıntılar

Tümünü Gör
Qəmərin altında heç bir əbədiyyət yoxdur. İnsanın ömrü bir çiçəyin ömründən daha qısadır. Çiçək solur və tökülürsə, bu gün gülən, sevinən və sevgilisinin xəyalı ilə yaşayan bir insan da sabah bütün istək və arzularına əlvida edərək həmişəlik gözlərini yummağa məhkumdur. Kim bilir, bəlkə də qəbrinin üstündə yaşıl otların belə göyərmək ehtimalı yox. Lakin bu heç də qorxulacaq şey deyidir. Həyatda əbədi və daimi yaşamaq hər kəsin öz əlindədir. Cəmiyyət həyatı əbədi və ölməzdir. O, dalğalanan, daşan və inkişaf edən bir seldir ki, getdikcə yeni dalğalar əskilərini basaraq köpüklənir. Bu sel ölümsüz və sonsuzdur. Bu selin ağuşuna atılanlar və öz xüsusi həyatlarını cəmiyyət həyatına fəda edənlər üçün həyat əbədi va daimidir.
Sayfa 166 - Gənclik-2005Kitabı okudu
Mən ki, bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı?! Dünyaya sığmayan şair könlümü, Köksümdən çıxarıb oynatmadınmı?!
Sayfa 74 - Gənclik-2005Kitabı okudu
Reklam
Müşfiq...
- Plov indi hazır olsaydı yeyərdik. Elə acmışam ki, - dedim. Bu sözü eşidən kimi mətbəxdən çıxıb pencəyini geydi və bayıra getdi. Bir neçə dəqiqədən sonra o evə qayıtdı. Onun əlində üç şiş kabab var idi. O onları bizim evin yaxınlığındaki kababxanadan alıb gətirmişdi. Anam təəccüblə dedi: - Bala, xörəyimiz indicə hazır olur, bunları neynirdin? Müşfiq: - Qorxdum Dilbərin iştahı qaça, - dedi.
Sayfa 109 - Gənclik-2005Kitabı okudu
Bəziləri deyir ki, sevgi ilə birlikdə insanın ürəyinə qısqanclıq da dolur. Biz bir-birimizə inanmalı, boş yerə küsməməli, qısqanclıqdan uzaq olmalıyıq. Məndən sənə nə desələr, tez özümə çatdır, çünki bəzən iki sevgilini bir-birindən ayırmaq üçün uydurmalara əl atırlar.
Sayfa 32 - Gənclik-2005Kitabı okudu
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm. Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.