Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Müxtəlif Predmetlər Haqqında Düşüncələr

Arthur Schopenhauer

Sözler ve Alıntılar

Tümünü Gör
Fəlsəfə inandırmaq yolu ilə təsir edir; din isə, əksinə, imanlı olmağı tələb edir və öz tələbini qətiləşdirmək üçün insanları əbədi, bəzən də müvəqqəti əzablarla qorxudur. Fəlsəfənin isə, onun dediklərinə inam bəsləməyən insanlara ən böyük "təhdidi", bu adamlara məhdud düşüncəli olduqları ilə bağlı eyham vurmaqdır.
Dinin də mövzusu fəlsəfəninki ilə eyni olub, ümumiyyətlə dünyanın mahiyyəti ilə bağlı suala həlledici cavab verməkdən ibarətdir. Onların arasındakı fərq isə yalnız ondan ibarətdir ki, fəlsəfə inandırmaq yolu ilə təsir edir; din isə, əksinə, imanlı olmağı tələb edir və öz tələbini qətiləşdirmək üçün insanları əbədi, bəzən də müvəqqəti əzablarla qorxudur. Fəlsəfənin isə, onun dediklərinə inam bəsləməyən insanlara ən böyük "təhdidi", bu adamlara məhdud düșüncəli olduqları ilə bağlı eyham vurmaqdır. Gördüyünüz kimi, səmimilik və vicdanlılıq baxımından yanaşanda din fəlsəfə ilə heç cür müqayisə oluna bilməz.
Reklam
Fəlsəfənin uğur qazanması üçün onun universitetdə tədris olunmasının ləğvindən daha yaxşı bir tədbir düşünüb tapmaq olmaz.
Ölüm haradasa yaşanılan həyat üçün ödənilən haqdır; elə bütün başqa qaçılmaz fəlakətlər də bunun kimidir.
Sayfa 183Kitabı okudu
Reklam
Fəlsəfə yalnız özünəməxsusluğu ilə seçilən azsaylı insan üçün anlaşılan olduğundan, onlar falsəfəyə gedən yolu professorların köməyi olmadan da tapa bilərlər. Həm də, bu gün fəlsəfə professorlarının böyük hissəsi adi və orta səviyyəli qabiliyyət yiyəsi olduğundan, ancaq vəzifə borcu və əməkhaqqı almaq üçün bu sahədə nəsə etməyə çalışdığından, yəni öz iradəsinin əksinə olaraq filosofluq etdiyindən, fəlsəfi ədəbiyyatı acınacaqlı duruma salır, fəlsəfi dildə və anlayışda qarışıqlıq yaradır və bununla da xalqı fəlsəfədən iyrəndirir.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.